Sevil Mikayılova aztəminatlı ailələrə və tənha yaşayan şəxslərə ərzaq yardımı edib
Tarix: 16.05.2020 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


56 saylı Xaçmaz kənd seçki dairəsindən Milli Məclisin deputatı Sevil Mikayılova 50-dən artıq aztəminatlı ailəyə, eləcə də tənha yaşayan şəxslərə ərzaq yardımı edib.
Trend-in məlumatına görə, ərzaq yardımı ötən gün Xudat şəhərində Ləcət, Köhnə Xudat və Susayqışlaq inzibati ərazilərində yaşayan ailələrə çatdırılıb.
Eyni zamanda, seçicilərə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar maarifləndirici tövsiyələr verilib.
Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı aparılan mübarizədə, eyni zamanda pandemiya dövründə əhalinin sosial müdafiəsinin, məşğulluğun təmin edilməsi, eləcə də iqtisadi inkişafın qorunub saxlanması istiqamətində sistemli tədbirlər həyata keçirilib.
Bu məsələlərin həlli istiqamətində ölkəmizdə 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox dəyəri olan sosial-iqtisadi dəstək paketi qəbul olunub.
Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri tərəfindən "Biz birlikdə güclüyük" sosial layihəsi davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
DSMF-nin büdcəsinə edilən dəyişiklik təsdiqləndi
12.08.2020
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi“ləri ilə tanış olub
12.08.2020
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
12.08.2020
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
12.08.2020
Prezidentin köməkçisi: “Metsamor AES ilk növbədə elə Ermənistanın özü üçün böyük təhlükə mənbəyidir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info