“CISCO“ şirkətinin rəhbərləri ilə görüş bir daha göstərdi ki, Prezident İlham Əliyev dünya çapında texnologiyaya dəstək verən liderlərdəndir
Tarix: 16.05.2020 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Dövlət başçısının CISCO şirkətinin rəhbərləri ilə videokonfrans formatında görüşü bir daha göstərdi ki, Prezident İlham Əliyev təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdəndir.

Bu fikirləri açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

ABŞ-ın nüfuzlu şirkəti olan CİSCO-nun Azərbaycanda mühüm addımlar atdığını deyən ekspert bildirib ki, Prezident İlham Əliyev şirkətin rəhbərləri ilə keçirilən videokonfrans formatlı görüşdə də qeyd etdi ki, CİSCO öz sahəsi üzrə Azərbaycanda çox ciddi addımlar atır, yaranmış əlverişli şəraitdən bəhrələnir: "Bu şirkətin Azərbaycanla əməkdaşlığı nəticəsində ölkəmizdə tətbiq edilən "Ağıllı Şəhər", "Ağıllı Ölkə", "Ağıllı Kənd Təsərrüfatı" və "Ağıllı Məktəb" proqramları göstərir ki, şirkətlə ölkəmiz arasında çox ciddi əlaqələr mövcuddur və Azərbaycan CİSCO üçün kifayət qədər maraqlıdır".

B.Quliyev qeyd edib ki, ümumiyyətlə, dünyanın ən iri şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar: "Çünki, ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədən heç bir amil mövcud deyil. Şirkətlər sabit ölkəyə yatırım edib, dividend əldə etməkdə maraqlı olduqları üçün onlar fəaliyyətlərini sabit ölkəyə yönəldirlər. Bu baxımdan dünyanın ən iri və nüfuzlu şirkətlərinin əksəriyyəti Azərbaycanda öz ixtisaslarına uyğun yatırım etməyə üstünlük verirlər. Prezident İlham Əliyev bir müddət bundan öncə Davosda CİSCO şirkətinin rəhbərliyi ilə görüşündə də bu məsələləri müzakirə etmişdi. Məhz onun nəticəsidir ki, bu gün Azərbaycanda çoxlu sayda beynəlxalq şirkətlər öz fəaliyyətlərini uğurla davam etdirirlər".

Azərbaycan Prezidentinin təşəbbüsünün dünya tərəfindən dəstəkləndiyini deyən ekspert vurğulayıb ki, CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer də çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, Prezident İlham Əliyev COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısı və Qoşulmama Hərəkatının görüşlərini təşkil etməklə liderlik səylərini nümayiş etdirdi: "Bütün bunlar bir daha sübut edir ki, ölkə başçısının təşəbbüsləri dünyanın böyük ölkələri, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir və təqdir olunur. Regionun lider dövlətinə çevrilən Azərbaycan təkcə dünya səviyyəsində deyil, eləcə də region ölkələri arasında da bir sıra təşəbbüslərlə çıxış edərək öz təşəbbüskarlıq modelini təqdim edib".




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveçin Kralına təbrik məktubu göndərib
05.06.2020
Azərbaycan xalqı Sizi sevir, Sizə inanır və güvənir
05.06.2020
Sabah Bakıda 28, rayonlarda 21 dərəcə isti olacaq
04.06.2020
Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür
04.06.2020
Ölkəmizin hər bir yerində işlər plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə görülməlidir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
3 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
4 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info