Varlıların qidası: ət sadə amerikalılar üçün əlçatmaz olub
Tarix: 17.05.2020 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Koronavirus pandemiyasının Amerikada yaratdığı ət böhranı fonunda ət sadə amerikalılar üçün əlçatmaz olub və yalnız zəngin insanların yeməyinə çevrilib.
Palitranews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, "Tyson Foods" və "Cargill" kimi ən böyük Amerika müəssisələri işçilər arasında koronavirusun yayılması səbəbindən son həftələrdə bağlanmağa məcbur olublar.
Məsələ ondadır ki, iri müəssisələrin əməkdaşlarının əsas hissəsini aşağı gəlirli ailələrdən olanlar, xəstəxana və ya tibbi yardıma çıxışı olmayan miqrantlar təşkil edir.
Epidemiya səbəbindən ABŞ-da ət emalının həcmi azalıb ki, bu da adi ərzaq mağazalarında ət çeşidlərinə təsir göstərib. Lakin böhran bahalı ət seqmentinə, məsələn, adi ətdən iki və ya daha çox dəfə baha olan orqanik ətin qiymətinə təsir etməyib. Bahalı ət emalı müəssisələri bağlanmır, çünki onların işçilərinin sayı azdır və onlar böyük zavodlardan fərqli olaraq sosial məsafəni və sanitariya normalarını daha uğurla yerinə yetirə bilirlər.
"Bloomberg" qeyd edir ki, koronavirus nəticəsində ət ABŞ-da sözün əsl mənasında varlıların yeməyinə çevrilib. Orta statistik vətəndaşların işsizlik və gəlir itkisi ilə üzləşdiyi və ətə daha çox pul ödəmək və ya ətsiz yaşamaq seçimi qarşısında qaldığı bir vaxtda, varlılar nə qıtlıqla, nə də məhsuldan imtina etmək zərurəti ilə üzləşiblər.
Qida və Ticarət İşçiləri Beynəlxalq Birliyinin məlumatına görə, ABŞ-da ən azı 30 ət sənayesi işçisi koronavirusdan ölüb, 10 mindən çox adam isə koronavirusa yoluxub. Həmkarlar ittifaqı mayın 8-də bəyan edib ki, son iki ay ərzində ən azı 30 zavod bağlanıb.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Salyandakı Mir Əşrəf ağa məscidində nadir çıraq saxlanılır
26.05.2020
Bu ölkədə hər həftə 2-3 nəfər İslamı qəbul edir
25.05.2020
Yaxın 100 ildə bu xərçəng növü yoxa çıxacaq
24.05.2020
“Komandaya götürmədim, gedib sədr oldu“
24.05.2020
“Mövlana” sözünün mənası nədir və kimə deyilir?

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
3 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
4 Qiyməli pendirli yemək resepti -VİDEO
5 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info