KİV nümayəndələri üçün ingilis dili kursları başladı
Tarix: 12.10.2013 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“Azercell” şirkəti və “Kaspi” Təhsil Mərkəzinin birgə təşkil etdiyi “Jurnalistlər üçün ingilis dili kursları”nın növbəti mərhələsinin başa çatması ilə əlaqədar olaraq layihədə iştirak edən jurnalistlərə sertifikatların təqdim etmə mərasimi keçirildi. Tədbirdə “Kaspi” Təhsil Şurasının sədri Sona Vəliyeva, “Azercell” şirkətinin prezidenti Kiril Qaburiç və adıçəkilən təhsil mərkəzinin direktoru Elnur Əliyev iştirak edirdi.
Tədbirdə çıxış edən Sona Vəliyeva “Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin əhəmiyyəti barədə məlumat Verdi: “Layihənin reallaşdırılmasında məqsəd Azərbaycanın informasiya işinin inkişaf etdirilməsi, media strukturlarında çalışanların xarici dil problemlərinin həll olunması və onların xarici mətbuata inteqrasiyasını təşkil etməkdir. “Azercell” şirkəti Azərbaycanda jurnalistlərə ingilis dilini öyrətmək sahəsində ölkənin təhsil mərkəzləri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Bu şirkətin, məhz bizimlə əməkdaşlıq etməsi isə “Kaspi” Təhsil Mərkəzinin dünyanın bir sıra ölkələrinin təhsil ocaqları ilə əlaqələrinin olması, mərkəzin abituriyentlərinin Azərbaycanın ali məktəblərində yüksək ballı ixtisaslarda təhsil alması ilə əlaqədardır. Layihə həyata keçirilmədən öncə mərkəzin poliqlot bölməsində çalışacaq müəllimlərin seçiminə başlanıldı və bu seçimə xüsusi diqqət ayrıldı. Dil öyrənmək istəyən jurnalistlərin bu bacarığının peşə yönümlü olması bizim üçün daha önəmli idi. Ümumilikdə isə deyə bilərəm ki, layihə dövlətin informasiya xidmətini həyata keçirən jurnalistlərin dil öyrənmələrinə və ya bu bacarığı inkişaf etmələrinə xidmət edir”.
Kiril Qaburiç tədbirdə çıxışında Azercell şirkətinin layihə ilə bağlı yenilikləri barədə məlumat verib. O bildirib ki, layihə çərçivəsində jurnalistlərə ingilis dili ilə yanaşı, daha bir xarici dil öyrədiləcək: “Bu ildən etibarən “Jurnalistlər üçün ingilis dili kursları” layihəsində iştirak edən media nümayəndələrinə eyni zamanda rus dili də öyrədiləcək. İnanıram ki, layihə iştirakçıları rus dilinin mənimsənilməsində də müsbət nəticələr əldə edəcəklər. Bu sahədə marağı olan hər bir jurnalisti kurslarımıza dəvət edirəm”.
Təşkil edilən kurslar barədə məlumat verən Elnur Əliyev isə qeyd etdi ki, növbəti kurslarda iştirak etmək istəyən jurnalistlər CV-ləri ilə yanaşı müxtəlif mövzularda yazdığı məqalə ilə təhsil mərkəzinə müraciət edə bilərlər. Mərkəzin direktorunun sözlərinə görə, kurslarda dərslər jurnalistlərin iş vaxtı ilə əlaqədar olaraq səhər və axşam saatlarında, 6 ay davamlı olaraq keçiriləcək.
Tədbirin sonunda kurslarda iştirak edən 29 KİV nümayəndəsinə sertifikatlar təqdim olundu, 2 jurnalistə isə Böyük Britaniyada ingilis dilinin təkmilləşdirilməsi kursunda iştirak etmək şansı verildi.
İlkin, Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info