Rauf Məmmədov Fransa çempionu olub
Tarix: 17.05.2020 | Saat: 22:11:00 | E-mail | Çapa göndər



Onlayn blits şahmat üzrə açıq Fransa çempionatı keçirilib.

Apasport.az saytının məlumatına görə, 700-dən çox şahmatçının qatıldığı yarışda Azərbaycan qrossmeysterləri də mübarizə aparıblar.
İsveçrə sistemi ilə keçirilən ilk mərhələ 15 turdan ibarət olub. İlk 16 yerin sahibi final mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan şahmatçılarından yalnız üçü həlledici raunda çıxıb. Eltac Səfərli 4-cü, Qədir Hüseynov 5-ci, Rauf Məmmədov 12-ci yeri tutub. Hər üç şahmatçı 11,5 xal toplayıb.
1/8 finalda Rauf Qədiri 1,5:0,5 hesabı ilə məğlub edib. Eltac isə Eugeni İonnidisi üstələyib – 2:0. Növbəti mərhələdə yenə Azərbaycan dueli baş tutub və Rauf bu dəfə də 1,5:0,5 hesabı ilə qalib gəlib.
Yarımfinalda ilkin mərhələnin qalibi Vasili İvançuk (Ukrayna) üzərində 2:1 hesablı qələbə qazanan Məmmədov finalda Kristian Bauerlə (Fransa) görüşüb. 3:1 hesablı qələbə təmsilçimizə Fransa çempionu titulu qazandırıb.
Qeyd edək ki, turnirdə tanınmış şahmatçılardan Alireza Firuzya, gənclər arasında dünya çempionu Maksim Laqar, Fransa çempionu Sofi Milye kimi iştirakçılar da qüvvəsini sınayıb.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
İngiltərə Premyer Liqasında tarixin ən yaxşı transferi açıqlanıb
24.05.2020
“Barselona“ 18 yaşlı hücumçu alır
24.05.2020
Lionel Messi: “Barselona“dan getmək istəyirdim“
24.05.2020
Azərbaycan futbolunda gülməli və maraqli hadisələr - VİDEO
24.05.2020
“Arsenal”dan birdəfəlik getmişəm”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info