Cəmil Həsənliyə heç öz qohumları səs verməyiblər
Tarix: 12.10.2013 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


9 oktyabr prezident seçkiləri bütün ölkədə görünməmiş seçici fəallığı ilə müşayiət olunub. Bu fakt demək olar ki, bütün beynəlxalq müşahidəçilərin hesabatında öz əksini tapıb. İnsanların öz siyasi iradəsini sərbəst və şəffaf şəkildə ifadə etməsi üçün ölkəboyu məntəqələrdə normal şərait yaradılmışdı. Seçici fəallığı tək paytaxtda deyil, habelə kənd və qəsəbələrdə də özünü göstərib.
Vətəndaşların fəal şəkildə seçimlərini etdiyi bölgələrdən biri isə Cəlilabad rayonu və xüsusən də Alar kəndi olub. Xatırladaq ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin doğulduğu bu kənddə 3 seçki məntəqəsinə səhər saatlarından seçici axını müşahidə olunub. Hətta Milli Şuranın öz müşahidəçiləri belə etiraf ediblər ki, günün birinci yarısında məntəqələrin qarşısında növbələr yaranıbmış. Xüsusi vurğulanmalıdır ki, hər hansı insident və ya xoşagəlməz hal qeydə alınmayıb. Məsələn, 1 saylı məntəqədə Cəmil Həsənlinin müşahidəçisi olan Zahid Əzimov “musavat.com”-a bildirib ki, səhər saat 10-a olan nəticələrə görə, 285 nəfər seçici artıq səs verib. Bu məntəqədə 1415 seçici qeydiyyatdadır. 2 saylı məntəqədə isə C.Həsənlinin müşahidəçisi olan İlham Dadaşov isə deyib ki, seçici fəallığı yüksəkdir, qanun pozuntusu qeydə alınmayıb: “Qeydiyyatda olan 1000 seçicidən 968 nəfər artıq seçkidə iştirak edib”. Aldığımız məlumata görə adıçəkilən şəxs tək Həsənlinin müşahidəçisi yox, həm də yaxın qohumudur və ölkə başçısına səs verib. Bir sözlə Alar kəndində yerləşən bütün məntəqələrdə seçici fəallığı yüksək olmuş və hər bir seçici istədiyi namizədə səs verib.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info