Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
Tarix: 18.05.2020 | Saat: 12:36:00 | E-mail | Çapa göndər


Dünya azərbaycanlılarının "Könüllülər ili"nə töhfəsi olaraq Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən "Erməni yalanları dünya mediasında" layihəsi davam edir. Layihə çərçivəsində Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq aləmdə yayılması ilə bağlı cağırışına əsasən DFJD-nın sədri Fuad Hüseynzadənin "Marağa-150 abidəsi" adlı məqaləsi xaricdəki soydaşlarımızla birgə dünya mediasının gündəminə çıxarılır. Növbəti olaraq pakistanlı jurnalist Zaman Banja və Norveçdəki CAN Təşkilatının sədri Şervin Nəcəfpurun dəstəyi ilə Fuad Hüseynzadənin "Marağa-150" abidəsi" adlı məqaləsi Pakistanın "Thefortress.com.pk" və "Globalurdunews.com" saytlarında yayımlanıb.
Məqalədə ermənilərin Qarabağa gəlmələri münasibətilə ucaltdıqları “Marağa – 150” tarixi abidəsindən bəhs olunub: "XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisi köçürülüb. Tarixçi-alim Türkan Qasımova bildirib ki, 1828-ci il fevralın 10-da Rusiya və İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Türkmənçay müqaviləsinin 15-ci maddəsində belə bir qeyd vardır ki, İranda yaşayan ermənilər bu müqavilədən keçən bir il ərzində Arazdan şimala köçərək istədikləri yerdə məskunlaşa bilərlər. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürülüb. Türkiyədən ermənilərin Zaqafqaziyaya köçürülməsi Rus-Türk müharibəsi qurtardıqdan sonra Ədirnə sülh müqaviləsinə əsasən baş verib".
Məqalədə ermənilərin miqrasiyasının bir çox yazılı mənbələrdə qeyd olunduğu önə çəkilib: "Bu, həmçinin ermənilərin özləri tərəfindən də dəfələrlə etiraf edilib. Belə ki, ermənilər Qarabağa gəlmələri münasibətilə “Marağa – 150” abidəsini ucaldıblar. Azərbaycanın Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa – 150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından ilk 200 ailənin Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. Adi çay daşlarından inşa olunan abidənin üzərində erməni dilində "Marağa 150" yazısı öz əksini tapıb. Bu abidə 1991-ci ildə ermənilərin özləri tərəfindən dağıdılıb. "Marağa 150" abidəsi erməni miqrantlarının Qarabağa gəlməsinin başlanğıcını göstərirdi.
Ermənilər 1978-ci ildə “Marağa – 150” abidəsinin açılışı münasibətilə təntənəli bayram mərasimi keçiriblər. Şərqşunas və tarixçi, akademik Ziya Bünyadov “Miflər və mifuyduranlar” məqaləsində qeyd edir ki, “Marağa-150” abidəsinin açılışını 1978-ci ilin sonu, 1979-cu ilin əvvəllərində Qarabağın bütün dövri mətbuatı da öz səhifələrində əks etdirmişdi".
Yazıda 1978-ci ildə “Marağa – 150” abidəsinin açılışını şahidi olan Tərtər rayon sakini İlqar Qasımovun fikirləri də verilib: "Bu barədə danışan İ.Qasımov deyib: “O zaman 16 yaşım vardı. Atamla Umudlu kəndinə gedərkən ermənilərin abidənin açılışını etdiklərini gördük. Sözügedən abidə adi qırma çay daşlarından, təxminən 30 kvadratmetr sahəni əhatə edən ərazidə rəngli mozaikadan, “Qızlar bulaq başında” kompozisiyasından ibarət idi. Kompozisiyada eni 1,5 metr, hündürlüyü 3 metrədək olan əsas abidə, sağ və sol tərəflərdə mərmər sütun bulaqlar vardı. Mərmər sütunlarının birinin üzərində yuxarıdan aşağıya doğru 1828, digərinin üzərində isə 1978 rəqəmləri yazılmışdı”. Tərtər rayon sakini bildirib ki, ermənilər Qarabağa gəlmələri münasibətilə analoji abidələr Xankəndi şəhərində və Tərtər rayonunun Çaylı kəndlərində də inşa ediblər.
2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində "Marağa–150” abidəsinə baxıb və həmin abidənin şəkillərini çəkib".
Məqalədə qeyd olunur ki, ermənilərin “Marağa - 150” abidəsinin qalıqları hazırda Tərtər şəhərinin bir neçə kilometrliyində yerləşən Şıxarx qəsəbəsindədir: "Bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onun ətrafında təmir-abadlıq işləri aparılıb, yerə tamet döşənib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Həmçinin, “Marağa - 150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar Dövlət Komitəsi tərəfindən arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub".
Xatırladaq ki, bu layihə çərçivəsində bundan əvvəl Fuad Hüseynzadənin "Marağa-150" abidəsi, eləcə də Azərbaycanın tolerantlıq və sülh siyasəti ilə bağlı Norveçin "Utrop", Albaniyanın "Nacional", ABŞ-ın "Bukharian times" qəzetlərində müsahibələri yayımlanıb.

Məqaləni aşağıdakı linklərdən oxumaq olar:

http://thefortress.com.pk/karabakh-issue-a-historical-review/?fbclid=IwAR0tjf6MNzX3Muhp-WbC_wQ-QM9vMrYkVnFiyljyhDQATdGxA5f6tTzedxo

https://globalurdunews.com/karabakh/




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
31.05.2020
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info