ATƏT-in müşahidə missiyasının ilkin hesabatının qərəzini göstərən dəlillər
Tarix: 12.10.2013 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Aparılan müşahidələr, ortada olan faktlar, fikirlər, rəylər və təhlillər açıq göstərir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının ilkin hesabatı qərəzli, qeyri-obyektiv məlumatlara istinad olunaraq hazırlanıb. Bu “hesabat” Azərbaycanın seçki reallığını tam təhrif edib.
Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirilib. Seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradılıb. Namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil edib, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlanıblar. Seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olunur. Səsvermə günü hər hansı kobud qanun pozuntusu qeydə alınmayıb.
Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzi, Türk Dövlətləri Əməkdaşlıq Şurası, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Avropa Akademiyası, Beynəlxalq "İDEES" təşkilatı, Latin Amerikası və Karib dənizi ölkələri siyasi partiyalarının təşkilatı (COPPPAL), Qara Dəniz Ölkələri Vətəndaş Dialoqu, Rusiya İctimai Palatası, Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu, "Ədalətli Seçkilər Uğrunda" təşkilatı, Beynəlxalq Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı və digər qurumlar, həmçinin Fransa, İtaliya, Hindistan, Pakistan, Bolqarıstan və digər ölkələrdən olan müşahidəçi missiyaları Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf və obyektiv keçirildiyini bəyan ediblər.
Eləcə də ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen xüsusi bəyanat yayaraq Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin birgə bəyanatını bölüşdüyünü və 9 oktyabr seçkilərinin azad, şəffaf və ədalətli keçirildiyini bildirib. Bunun ardınca ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara seçkilərin demokratiyaya doğru əhəmiyyətli addım olduğunu qeyd edib.
ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri xanım Dorris Barnett isə şəxsən məntəqələrdə seçki prosesini izlədiyini və heç bir pozuntuya rast gəlmədiyini deyib.
Bütün bunların müqabilində ATƏT-in birgə müşahidə missiyası adından yayılmış hesabatın qeyri-obyektivliyi və qərəzli olması heç bir şübhə doğurmur.
Təsadüfi deyil ki, ATƏT-in müşahidə missiyasının qərəzli hesabatına münasibət bildirən bir çox şərhçilər də o qənaətdədirlər ki, ATƏT Azərbaycandakı seçkilərlə bağlı şablon hesabat hazırlayıb və hər dəfə seçkilərə qiymət verərkən sadəcə rəqəmləri dəyişdirir.
Bu hesabat ATƏT-in çoxsaylı müşahidəçilərinin rəylərinə, hər hansı ciddi bir fakta deyil, müxalifətin yaydığı yalan məlumatlara, ABŞ səfirliyinin rəhbərliyi altında müşahidə aparan bir qrup şəxsin hazırladığı saxta hesabatlara söykənib və açıq-aşkar sezilən kənar iradənin təsirinə məruz qalaraq seçki reallığını tam təhrif edib. Çox qəribədir ki, ATƏT-in sözügedən qurumu ilə əlaqəli rəhbər müşahidəçilər seçkinin obyektiv, şəffaf və demokratik keçirildiyi ilə bağlı digər beynəlxalq təşkilatların, müşahidəçilərin mövqeyinə şərik olduqlarını etiraf edirlər, amma ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun institusional mövqeyi qərəz saçır. Bu isə bir daha ondan xəbər verir ki, bəzi xariciqurumlar nəyin bahasına olursa-olsun, Azərbaycanda “ağ”ın “qara” olduğunu sübut etməyə girişiblər. Bunu isə sırf nəzarət və sifarişlə edirlər. Belə ki, Azərbaycanın dünyada imicinin olduqca yüksəlməsi, iqtisadi, sosial sahələrdə əldə edilən nailiyyətlərlə bərabər, siyasi intibahın, demokratik tərəqqi proseslərinin paralel baş verməsi bəzi dünya dairələrinə sərf etmir. Azərbaycanın bütün sahələrdəki inkişafı tamamlayan siyasi proqresi və demokratik-dünyəvi prinsiplərlə inkişafda region ölkələrini, xüsusən də Cənubi Qafqaz ölkələrini geridə buraxması bu cür güclərin marağında deyil. Ona görə də həmin antiazərbaycan dairələr müxtəlif əsassız iradlarla seçki prosesində guya hansısa “mühüm” pozuntuların baş verdiyini iddia edirlər. Amma təbii ki, əsas nüfuzlu beynəlxalq təşkilatlar və müxtəlif təşkilat və ölkələri təmsil edən xarici müşahidəçilərin əksəriyyəti Azərbaycanda keçirilən seçkilərin şəffaf, obyektiv və ədalətli olduğunu bildirir, bunu əyani nümayiş etdirən faktları misal çəkirlər. Bu isə bir dahaATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının ilkin hesabatının məntiqsiz, qərəzli və sifarişli olduğuna dəlalət edir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info