Paşinyan yenə də yalan danışır
Tarix: 18.05.2020 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Bu gün Nikol Paşinyan hökumətinə xüsusi nailiyyətlər qazandırmaq üçün müəyyən məlumatları seçərək onları çox məharətlə manipulyasiya edir. Bunun üçün o çoxsaylı mətbuat konfransları keçirsə də, ancaq təəssüf ki, bunlar hələlik elə bir nəticə vermir.
Erməni saytlarının verdiyi məlumata görə, ötən şənbə də bu ənənəsinə sadiq qalan baş nazir yeni bir mətbuat konfransı keçirərək, bu dəfə də ölkənin fərqli sahələrində əhəmiyyətli dəyişikliklər baş verdiyini göstərən növbəti faktlar ortaya qoyub. Erməni baş nazir rəhbərlik etdiyi hökumətin apardığı müdrik siyasət sayəsində ölkə vətəndaşlarının daxili valyutaya olan inamının artdığını bildirib. Maraqlıdır ki, Paşinyan bununla bığlı əsas də gətirib. Belə ki, baş nazirin sözlərinə görə, son iki ildə, yəni Paşinyan hakimiyyətə gəldiyi gündən bəri ölkənin bank sistemində dollarlaşma səviyyəsinin aşağı düşməsi tendensiyası qeydə alınmaqdadır. Onun sözlərinə görə, 2019-cu ildə yerli kommersiya bankları tərəfindən verilmiş kreditlər üçün dollarlaşma dərəcəsi bir il üçün 59.5 faiz əvəzinə 53 faiz təşkil edib. Əmanətlərə gəlincə, ötən il onların dollarlaşma səviyyəsi 2018-ci il üçün 60 faiz əvəzinə 59,3 faiz təşkil edib: «Bu o deməkdir ki, bu gün vətəndaşlarımız artıq dollardan çox drama güvənir, əmanətlərini milli valyutada saxlamağa üstünlük verirlər. Bununla yanaşı, onlar artıq krediti də dramla götürürlər. Mən də eyni şeyi edirəm. Bu yaxınlarda, məsələn, «Hyundai» maşınımı satdım və bankdan aldığım vəsaiti dramla da saxladım».
Paşinyanın dediklərinə münasibət bildirən «Qolos Armenii» saytı baş nazirin «Hyundai» maşınını satması ilə bağlı səsləndirdiyi fikirlərin elə də bir yenilik olmadığını, Ermənistan iqtisadiyyatını dollardan çıxartmağa başlayan Paşinyanın «Hyundai» satışından yaranan bank əmanəti barədə bundan sonra da dəfələrlə eşitməli olacaqlarını bildirir.
Yeri gılmişkən bildirək ki, Ermənistan Mərkəzi Bankı saytında 2019-cu il və 2020-ci ilin ilk üç ayı üçün kommersiya banklarının depozitləri barədə hesabat yerləşdirilib. Belə ki, fevral ayında rezidentlərin milli valyutadakı əmanətlərinin ümumi həcmi 1.394.949 milyon dram təşkil edibsə, mart ayında bu göstərici 1.361.953 milyon drama enib. Xarici valyutada, əksinə, bu ilin mart ayında rezidentlərin əmanətlərinin həcmi artaraq 1.178.624 milyon dram təşkil edib ki, halbuki fevralda bu göstərici 1.140.698 milyon dram təşkil etmişdi.
Belə görünür ki, yeni Ermənistanla bağlı «faktlar»la danışan Paşinyanın dediklərindən fərqli olaraq, son iki ildə ölkədə dollardan ayrılma üçün heç bir struktur dəyişiklikləri olmayıb. Məhz bu kontekstdən yanaşaraq bildirmək olar ki, Nikol Paşinyanın erməni dramındakı depozit barədə danışmaq qərarına gəlməsi boş xülyadan başqa bir şey deyil.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info