“Paşinyan hətta bütün soy-kökü ilə Məhəmməd Əmin Rəsulzadənin adını çəkəcək səviyyədə deyil”
Tarix: 19.05.2020 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Tural İsmayılov
: “Ermənistan idarəetmə sistemi də, xaricə səpələnən bir çox erməni lobbist qrupları da faşist çağırışlar edir, faşizmi əsas ideoloji qayə hesab edirlər”

“Paşinyanın Rəsulzadəyə çirkab atmağı növbəti erməni millətçiliyinin aciz təzahürüdür.” Bu fikirləri “Palitra”ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.

“Ermənistanda hakimiyyətin bütün strukturları daim erməni millətçiliyini təbliğ ediblər. Sarkisyan hakimiyyəti də, Köçəryan hakimiyyəti də erməni millətçiliyi ilə daim müxtəlif platformalarda təmsil olunublar. Diqqət etsək görərik ki, hələ SSRİ zamanında Köçəryan eləcə də, Paşinyanın özü erməni millətçi ideyalarını yayıblar. Onlar hakimiyyətə gələndən sonra erməni faşizmi dövlət siyasəti halına gətirildi. Təsəvvür edin ki, hansısa sosial-iqtisadi məsələlərdə aralarında ayrı-seçkilik olsa da daim Ermənistan iqtidarı və lobbi Njdeizm fəlsəfəsində ortaq mövqe nümayiş etdirirlər”-deyə politoloq vurğulayıb. O lobbinin də bu işdə xüsusi fəallıq göstərdiyini vurğuladı: “Amerikadakı “Erməni Milli Konqresi”, onun əsas başbilənləri, ifrat erməni millətçisi Aram Hamparyan gecə-gündüz erməni millətçiliyini iyrənc formada ABŞ cameəsində yayırlar. Yaxud da Fransaya nəzər salaq. Laurent Leylekiyan başda olmaqla, bir çox erməni lobbisti faşizmin modern tör-töküntüləridir. Erməni diasporunun pul dilənçisi, qondarma “Ermənistanın Avropadakı Dostları” adlı təşkilatın rəhbəri Dioqo Pinto hər gün sosial mediada Azərbaycana və Türkiyəyə qarşı irqçi paylaşımlar edirlər. Beləliklə, biz müşahidə edirik ki, Ermənistan idarəetmə sistemi də, xaricə səpələnən bir çox erməni lobbist qrupları da faşist çağırışlar edir, faşizmi əsas ideoloji qayə hesab edirlər.”
Paşinyanın digər erməni iqtidar nümayəndələrindən fərqlənmədiyini söyləyən Tural İsmayılov qeyd etdi ki, onun Rəsulzadənin adını dilinə gətirməyə haqqı çatmır: “Paşinyan hətta bütün soy-kökü ilə Məhəmməd Əmin Rəsulzadənin adını çəkəcək səviyyədə deyil. Paşinyan hələ müxalifətdə təmsil olunanda onun nəsil-nəcabətinin casus olmağıyla bağlı məsələlər Xocalıdakı faşizmi törədənlər, canilər tərəfindən ortaya atılırdı. “Aykakan Jamanak” qəzetində bu barədə dosyelərlə yazılar gedirdi. İndi isə açıq şəkildə onun babasının müharibə casusu olduğu, faşizmə xidmət etdiyi ortaya çıxdı. Bundan sonra Paşinyan manevrlər edərək “guya babasıyla fəxr etdiyini” söylədi. Əslində ilk növbədə Rusiya faktoruna görə o, İkinci Dünya Müharibəsində babasının faşistlərə xidmət etdiyini söyləmək yerinə susurdu. Sonra isə bu rəzil fakt qarşısında manipulyasiya etməyə çalışdı. Bundan başqa Paşinyan və tərəfdarları Njde, Dro, Monte Melkonyan kimi erməni irqçilərinin ideyalarını siyasi bəyanatlarındakı tezislərində tez-tez səsləndirirlər. Belə yaramaz adamların Məhəmməd Əmin Rəsulzadə haqqında səsləndirdikləri çirkin iftiralar ilk olaraq özlərini gülüş hədəfinə çevirir.”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Dünya orduları ilə müqayisə ediləcək qədər yüksəlmiş və adı böyük hərflə yazılmağa layiq olan AZƏRBAYCAN ORDUSU
02.06.2020
Hazırda dövlət büdcəsinin icrası ilə bağlı hər hansı bir problem yoxdur
01.06.2020
“Gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info