Paşinyan öz xalqından nəyi gizlədir?
Tarix: 19.05.2020 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Mətbuat konfransı keçirmək aludəçisi olan Nikol Paşinyan
növbəti belə bir tədbirini bir müdədt əvvəl onlaynla həyata keçirib.
Ermənilərin “Panorama.am” saytı yazır ki, hər keçirdiyi konfransda xalqına ölkəyə gətirdiyi yeniliklər barədə müjdə verən erməni baş nazir bu dəfə də vədinə xilaf çıxmayıb. Belə ki, o, bu dəfə də öz çıxışını növbəti “Yeni Ermənistanla bağlı 100 fakt” ifadəsinin təqdimatı ilə başlayıb. Paşinyanın sözlərinə görə, dünyanı ağuşuna alan koronavirus Ermənistanda da özünü göstərməsiə baxmayaraq, məhz onun rəhbərliyi altında hökumət 7 iqtisadi, 11 sosial yönümlü anti-böhran tədbiri həyata keçirib. Bu gün ölkədə insan amilinin Paşinyan üçün ən böyük önəm kəsb etdiyini bildirən, baş nazir, məhz onun göstərişi ilə büdcədən ayrılmış 84,4 milyard dramın 1.1 milyon şəxs arasında paylandığını fəxrlə onlayn konfrans izləyicilərinin diqqətinə çatdırıb. Maraqlıdır ki, erməni baş nazir xalqa göstərilən iqtisadi və sosial yardımların siyahısını 100 fakt kimi təqdim edib.
Qeyd edək ki, Nikol Paşinyanın dediklərinə münasibət bildirən “Qolos Armenii” saytı baş nazirin dediklərini cəfəngiyyat adlandırıb. Sayt yazır ki, hökumətin fors-major vəziyyətinə reaksiya göstərməsi faktını onu özünün növbəti uğuru hesab etməsi, doğrudan da, cəfəngiyyatdan başqa bir şey deyil.
Bu gün hökumət başçısı, fəxrlə, ölkədə kornavirusla mübarizə əleyhinə 18 proqram çərçivəsində 84,4 milyard dram xərclədiyini bildirir. Amma baş nazirdən kornavirusun Ermənistana ayaq açdığı ilk günlərdə dövlət büdcəsindən İrəvan şəhər merinə ayrılan 29 milyon dramın hara xərcləndiyini soruşmaq lazımdır. Saytın yazdığına görə, bu 29 milyon, təbii ki, böhran dövründə dövlət aparatının mükafat xərclərinin yalnız kiçik bir hissəsidir. Çünki ölkədə korrupsiyanın kökünü kəsməyə söz verən yeni hökumət dövlət səviyyəsində baş verən bütün israfçılıqların qəti əleyhinədir. Təbii ki, bu saytın yeni Ermənistan rəhbəliyinin fəaliyyəti ilə bağlı gəldiyi istehza dolu bir qənaətdir. Amma qeyd edilməlidir ki, hər dəfə baş nazir iki ilə ərzində əldə etdiyi 100 faktı sadalamağa başlayanda, bu siyahıya ən əsaslərından birini- inqilabi həvəs üçün maliyyə motivasiyası göstəricisini daxil etmir. Yəni onun ətrafına payladığı milyonlarla vəsaiti. Ən maraqlısı isə odur ki, hazırda baş nazirin ətrafı onlara ödənilən vəsaitlə artıq raşılaşmırlar. Məsələn, bu yaxınlarda parlamentin vitse-spikeri Lena Nazaryan, məxməri inqilab məmurları üçün 500 min dramın, ümumiyyətlə, lazımi maaş olmadığını söyləmişdi. Paşinyan isə, xalqa payladığı 84,4 milyard dramdan fərqli olaraq, bu mövzuda danıhmağı sevmir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info