Təcrübə proqramı çərçivəsində təlimlərə start verilib
Tarix: 14.10.2013 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlərə start verib.
ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılov “Palitra”ya bildirib ki, bu layihə ATGTİ-nin həyata keçirdiyi Tələbə Təcrübə Proqramı çərçivəsində reallaşdırılır. Tələbə Təcrübə Proqramı hal-hazırda dövlət və özəl şirkətlər ilə əməkdaşlıq edərək, tələbələrin bir çox müəssisələrdə təcrübə keçməsini təmin edir. İndiyə qədər Tələbə Təcrübə Proqramı çərçivəsində “Atəşgah sığorta”, “Bakı elektrik şəbəkə” ASC, “Bank Respublika”, “Ömür Klinikası”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC ilə birgə təcrübə proqramları həyata keçirib. Keçirilən təcrübə proqramlarında 60-dan çox tələbə iştirak edib.
Nəzərinizə çatdırırıq ki, “Beynəlxalq maliyyə uçotunun əsasları” layihəsi ərzində 11 tələbəyə 10 həftə ərzində təlim keçiriləcək. Təlimlər Maliyyə Elm-Tədris Mərkəzinin təlimçiləri tərəfindən keçiriləcək. Təlimlərdə fərqlənən iştirakçılara Maliyyə Elm-Tədris Mərkəzinin keçirdiyi digər təlimlərdə güzəştlər edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Tələbə Təcrübə Proqramı çərçivəsində keçirilən təlimlər ödənişsizdir.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info