Astarada Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə növbəti ərzaq payı verilib
Tarix: 20.05.2020 | Saat: 10:18:00 | E-mail | Çapa göndər


Astara Rayon İcra Hakimiyyəti tərəfindən koronavirusla mübarizə tədbirləri çərçivəsində Ramazan bayramı ərəfəsində növbəti dəfə bir qrup aztəminatlı ailələrə ərzaq yardımı göstərmişdir. Yardımlar karantin dövründə maddi vəziyyəti çətinləşmiş daha 1000 aztəminatlı ailəyə evlərində çatdırılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən mövcud vəziyyət mütəmadi olaraq öyrənilir, qarşıya çıxan problemlərin həli istiqamətində əməli tədbirlər görülür və aztəminatlı ailələrin zəruri ehtiyaclarının ödənilməsi davam etdirilir. Ölkədə karantin rejiminin yumşaldılmasına baxmayaraq rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən şəhər, qəsəbə, və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə yaradılmış mobil qruplar tərəfindən sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılması davam etdirilir.
Astara Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü mütəmadi olaraq şəhərdə əhalinin yaxın təmasda olduğu yerlərdə vətəndaşlar maarifləndirilərək, onlara tibbi maskalar paylanılır. Vətəndaşlara karantin qaydalarına uyğun olaraq ciddi şəkildə sosial məsafənin gözlənilməsi, şəxsi gigiyena qaydalarına riayət edilməsi, qoruyucu tibbi vasitələrdən istifadənin vacibliyi bir daha izah olunmuşdur. Rayon ərazisində dezinfeksiya işləri aparılması da daim diqqətdə saxlanılır. Koronavirusla mübarizə tədbirləri davam etdiriləcəkdir.




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
Azərbaycanda 191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı, 2 nəfər vəfat etdi
28.05.2020
Bakı Limanı Respublika günü ilə əlaqədar maraqlı aksiya həyata keçirib - VİDEO
28.05.2020
Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib - VİDEO
27.05.2020
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 2 nəfər öldü
27.05.2020
Salyandakı mərkəzi kitabxanada 250 ildən çox yaşı olan iki Qurani-Kərim kitabı saxlanılır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info