“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 33-cü nömrəsi işıq üzü görüb
Tarix: 20.05.2020 | Saat: 12:03:00 | E-mail | Çapa göndər


“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 33-cü nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, tarix və antropologiya ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin gündəliyi, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.

Jurnalın bu nömrəsində professor Vidadi Muradovun “Fəxralı” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), tarix üzrə fəlsəfə doktoru Tamilla Kərimovanın “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti (1923-1929-cu illər)” (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu), akademik İsmayıl Hacıyevin “Mirbağır Mirbağırzadə: din xadimi, məfkurəli demokrat, inqilabçı və tanınmış tədqiqatçı” (AMEA Naxçıvan Bölməsi), filologiya elmləri doktoru Ramazan Siracoğlunun “Şirvanın Şilyanı var” (Karabük Universiteti, Türkiyə), dosent Gülçin Abdullayevanın “Azərbaycan əl xalçalarının tədqiqinə və kataloqlaşdırılmasına bir yanaşma haqqında” (AMEA İdarəetmə sistemləri İnstitutu), tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadənin “Qarabağ bölgəsinin ilk orta əsr qəbir abidələri” (Gəncə Dövlət Universiteti) və s. kimi materiallar yer alıb.
Jurnalın baş redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.
Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/ saytında tanış ola bilərlər.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Masallıda onlayn kino aylığı keçirildi
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyinə poçt markası buraxılıb
30.05.2020
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info