Ölkədə 49 yeni standart qəbul edilib
Tarix: 14.10.2013 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Bu ilin əvvəlindən Azərbaycanda 49 yeni standart qəbul edilib. “Palitra”nın məlumatına görə, bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.
Onun sözlərinə görə, onlar arasında yerüstü DVB-T rəqəmsal televiziyasının standartları, təhsil müəssisələrində qida ilə bağlı dövlət standartları, biometrik məlumatlarla bağlı mübadilə standartları və digər standartlar var.
Tağıyev bildirib: "Hazırda Azərbaycanda ümumilikdə 709 milli və 20878 ədəd beynəlxalq standart qəbul edilib. Ölkədə qəbul edilən standartların 45 faizi beynəlxalq standartlara uyğunlaşdırılıb". Şöbə müdiri vurğulayıb ki, hazırda Dövlət Komitəsi müxtəlif sahələr üzrə qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılması üzərində işləyir.
Tağıyev bildirib: "Hazırda standartlaşdırma haqqında qanun layihəsi hazırlanıb və o, respublikanın dövlət strukturları ilə razılaşdırılma mərhələsindədir. Yaxın vaxtlarda, o cümlədən Milli Məclisdə texniki tənzimlənmələr haqqında qanun layihəsinə baxılacağı gözlənilir".
Onun sözlərinə görə, bu qanunların qəbulu standartlaşdırma sahəsində mühüm dəyişikliklərə imkan yaradacaq. Standartlaşdırma sistemində islahatların əsas hədəfi bunlardır: iqtisadi əməkdaşlığın təmin olunması, sahibkarlığın daha çox inkişafı, məhsul və xidmətlərin keyfiyyətinin artırılması və s.
Vacib məsələlərdən biri budur ki, islahatlar iqtisadiyyatın texniki və texnoloji təhlükəsizliyinin təmin olunmasına, resurslardan effektiv şəkildə istifadə olunmasına imkan verəcək.
Dövlət Komitəsinin şöbə müdiri, o cümlədən standartlaşdırma sistemində mövcud olan problemlərin adını çəkib. Onun sözlərinə görə, hələ ki standartlaşdırma infrastrukturu formalaşmayıb, bu da bütün sistemin işinə mənfi təsir göstərir.
Tağıyev bildirib: "Texniki komitələrin işi beynəlxalq standartlara uyğun gəlmir. Vacib problemlərdən biri də köhnəlmiş standartların mövcudluğudur, çünki elmi araşdırmalar müasir səviyyədə keçirilmir. Həmçinin bu sahədə yüksəkixtisaslı kadrların kifayət qədər olmaması bu sahəsinin inkişafına maneə yaradır".
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info