Azərbaycan pandemiya dövründə iqtisadi artımı qoruyub saxlayan azsaylı ölkələrdəndir
Tarix: 20.05.2020 | Saat: 14:15:00 | E-mail | Çapa göndər


Pandemiya qlobal iqtisadiyyatda kəskin azalmalara gətirib çıxarıb. Nəzərə alsaq ki, dünya iqtisadiyyatında, eləcə də aparıcı ölkələrin ümumi daxili məhsulunda (ÜDM) azalma müşahidə edilir. Qlobal iqtisadiyyat üçün 2020-ci ildə proqnoz bütövlükdə dünya iqtisadiyyatının ikirəqəmli, yəni 10 faizdən çox azalmasından ibarətdir. Sevindirici haldır ki, Azərbaycan həm pandemiyadan əvvəlki dövrdə, həm də pandemiya vaxtı iqtisadi artım tempini qoruyub saxlaya bilib.
Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
"Azərbaycan pandemiya dövründə iqtisadi artımı qoruyub saxlayan azsaylı ölkələrdən biridir. Bu ondan xəbər verir ki, Azərbaycan pandemiyanın təsirlərini minimumlaşdıran, eyni zamanda, 3,5 milyard manatlıq iqtisadi, sosial və dəstək paketi həyata keçirməklə yanaşı, ÜDM-dəki artımı qoruyub saxlayan ölkələr sırasındadır. Pandemiya dövründə Azərbaycanın ümumi daxili məhsuldakı artım tempinin qorunub saxlanması pozitiv qiymətləndirilməlidir. ÜDM-də artımın qeydə alınması, xüsusən də Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların nəticəsidir", - deyə deputat qeyd edib.

Əvvəlki illərdə ölkəmizdə həyata keçirilən dərinləşmiş islahatların pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirlərini azaltdığını diqqətə çatdıran V.Bayramov deyib: "Bu, bir tərəfdən imkan verdi ki, Azərbaycan sahibkarlar, məşğul əhalinin və işləməyən vətəndaşlarımızla bağlı birbaşa dəstək paketi həyata keçirə bilsin. Bu dəstək paketi nəticə etibarilə pandemiyanın təsirlərini minimumlaşdırdı. Azərbaycan pandemiya dövründə 1,7 milyon nəfərədək özəl sektorda çalışan vətəndaşlarımıza birbaşa maliyyə dəstəyi göstərdi. Ölkədə aparılan islahatlar imkan verdi ki, Azərbaycan qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-dəki artım tempini qoruyub saxladı. ÜDM-in strukturuna diqqət yetirsək görərik ki, artım daha çox qeyri-neft sektorunun hesabına baş verir. Bu o deməkdir ki, qeyri-neft sektoru ÜDM-dəki və bütövlükdə iqtisadiyyatdakı artımda drayverə çevrilir. Pandemiyanın təsirləri qalır, neftin dünya bazarında qiyməti aşağıdır, lakin iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın məhz pandemiya dövründə də iqtisadi artımı qoruyub saxla bilməsinə şərait yaradır. Bu isə təbii ki, postpandemiya dövrü üçün daha nikbin proqnozların verilməsi üçün baza yaradır. Nəzərə alsaq ki, iqtisadi paket strateji olaraq postpandemiya dövründə sahibkarların daha çox dəstəklənməsini nəzərdə tutub. Bu da nəticə etibarilə imkan verəcək ki, Azərbaycanın postpandemiya dövründə ümumi daxili məhsulunda daha yüksək iqtisadi artım müşahidə edə bilək. Bu, eyni zamanda, qeyri-neft sektorunun ÜDM daxil olmaqla makroiqtisadi göstəricilərdəki drayver rolunun qorunub saxlanması və genişləndirilməsinə xidmət edəcək".




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
“Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir
28.05.2020
“Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə ümidlə baxırıq”
28.05.2020
Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi
28.05.2020
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiqdir“
27.05.2020
AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info