İspaniya Azərbaycana təşəkkür edib
Tarix: 20.05.2020 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun İspaniya Krallığının Xarici İşlər naziri Arança Qonzalez Laya ilə telefon söhbəti baş tutub.

XİN-dən Trend-ə verilən məlumata görə, İspaniya Xarici İşlər naziri Arança Qonzalez Laya mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində birgə səylərin və həmrəyliyin əhəmiyyətini vurğulayıb və Azərbaycanın Heydər Əliyev Mərkəzinin binasının üzərində İspaniya bayrağının işıqlandırılması ilə verdiyi həmrəylik ismarışına görə öz təşəkkürünü bildirib. Xanım nazir, həmçinin qlobal sağlamlıq böhranına qarşı birgə mübarizəyə dəstək ifadə edən məktubuna görə Azərbaycanlı həmkarına təşəkkürünü ifadə edib.

Nazirlər iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd ediblər. Ölkələrin beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunmuş dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun olaraq BMT çərçivəsində əməkdaşlığını vurğulayıblar.
İki ölkə arasında strateji tərəfdaşlığa dair bəyannamənin yaxın gələcəkdə imzalanması və bu xüsusda yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd olunub. Tərəflər, habelə ölkələr arasındakı müqavilə hüquq bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Nazirlər, iki ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi, habelə mədəni əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər, pandemiyadan sonra qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün dəvətlərini səsləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
31.05.2020
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info