“AzerGold” növbəti irihəcmli ixracını həyata keçirib
Tarix: 20.05.2020 | Saat: 16:49:00 | E-mail | Çapa göndər




“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karonavirus pandemiyası dönəmində bütün sahələr üzrə fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun qaydada, fasiləsiz olaraq davam etdirir. Hasilat, geoloji kəşfiyyat, inşaat eləcə də digər fəaliyyət sahələrində işlər plana uyğun, tam qrafik üzrə icra edilir.
“AzerGold” QSC pandemiya ilə əlaqədar ölkədə müntəzəm uçuşlara qoyulan məhdudiyyətin davam etdirildiyi bir məqamda dünya bazarlarında qiymətli metalların kəskin qiymət artımını nəzərə alaraq ixrac üçün alternativ daşınmaya müraciət edib. Beləliklə, yerli hava daşıyıcı şirkətinin təklif etdiyi əlverişi şərtlər əsasında çarter reysi vasitəsilə həyata keçirilən ixrac nəticəsində Çovdar filiz emalı sahəsində istehsal edilmiş 36 ədəd qızıl-gümüş tərkibli xəlitə saflaşdırılma və satış məqsədi ilə İsveçrəyə göndərilib.
İxrac nəticəsində 6,769.37 unsiya qızıl, 15,758.29 unsiya gümüşün satışından ümumilikdə 12 165 755,02 ABŞ dolları (20,681,783.53 AZN) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.
Qeyd edək ki, baş tutan ixrac əməliyyatı nəticəsində qızılın 1 unsiyası 1756.80 ABŞ dolları (2986.56 AZN), gümüş isə 17.34 ABŞ dolları (29.49 AZN) dəyərində satılıb. Bu, “AzerGold” QSC-nin fəaliyyəti dövründə ən yüksək hədd və nəticədə 1 unsiya üzrə bugünə qədər əldə edilmiş ən yüksək məbləğ hesab olunur.








 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Azərbaycan neftinin bir barreli 36 dollara satılır
27.05.2020
Azərbaycanın METAK şirkəti yeni bazarlara çıxmağı planlaşdırır
26.05.2020
Daha ehtiyacımız böyük deyil – Buğda idxalını 60 faiz azaltmışıq
26.05.2020
Zaqatalanın çay plantasiyalarında mövsümün ilk məhsulu yığılır
26.05.2020
Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info