Azərbaycandakı xarici investisiyalı kommersiya qurumlarının sayı artıb
Tarix: 20.05.2020 | Saat: 16:57:00 | E-mail | Çapa göndər



Cari il mayın 1-nə ölkədə 15 min 257 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 77,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 18,8 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 0,9 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalardadır.
Yanvar-aprel aylarında qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.
Apreldə 21 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, ləğv edilən xarici investisiyalı kommersiya hüquqi şəxs olmayıb. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər Pakistan, İran, Türkiyə, Gürcüstan və Hindistan investisiyalı hüquqi şəxslərdir. Onlar əsasən xidmət, ticarət, sənaye və digər sahələrdə fəaliyyət göstərirlər.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
30.05.2020
“Atabank” və “Amrahbank” əmanətlərinin kompensasiyası “Kapital Bank”la ödəniləcək
30.05.2020
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb
30.05.2020
“Brent“ markalı neftin qiyməti 38 dollardan yuxarı qalxıb
29.05.2020
Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info