DOST layihəsi vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır
Tarix: 20.05.2020 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Azərbaycanda Prezident İlham Əliyevin Fərmanına əsasən, DOST mərkəzləri yaradılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhz, bu mərkəzlərdə fiziki və hüquqi şəxslərə bir pəncərədən operativ və effektiv şəkildə, vahid standartlar əsasında, vətəndaşlarla nəzakətli davranış, açıq iş mühiti şəraitində xidmətlər göstəriləcək.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, sayca 3-cü DOST mərkəzi Nizami rayonunda yerləşir və Nizami, Suraxanı, Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək: “Əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstərəcək mərkəzdə 130 nəfərdən çox işçi və 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək”.

“DOST mərkəzlərinin yaradılması cənab Prezident İlham Əliyevin sosial sahədə apardığı islahatlar proqramına uyğun bu sahədə şəffaflığın, operativliyin, vətəndaş məmnunluğunun təmin edilməsidir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, DOST sosial cəhətdən həssas əhali qruplarına dövlətin bu sahədə göstərdiyi xidmətlərdən yararlanması məqsədilə əlçatan, bərabərlik, şəffaflıq və ünvanlılıq prinsiplərinin tətbiq ediləcəyi mərkəzdir: “DOST Mərkəzlərinin yaradılması sosial sferada xidmətlərin şəffaflaşmasına, sosial yardımların və pensiyaların verilməsi ilə bağlı müşahidə olunan nöqsanların aradan qaldırılmasına nail olacaq. DOST vətəndaşların daha qısa zamanda sosial xidmətlərdən istifadəsi üçün yeni bir imkandır. Burada məmurlarla birbaşa ünsiyyət minimuma endiriləcək, sistemin elektronlaşdırılması vətəndaşların sosial yardımlardan və digər xidmətlərdən istifadəsini asanlaşdıracaq, əlçatanlığın yüksəldilməsinə gətirib çıxaracaq”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, DOST da ASAN Xidmət kimi şəffaf və korupsiyasız bir qurum olaraq qiymətləndirilir və heç şübhəsiz bu mərkəzlər sosial sahədə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə gətirib çıxaracaq.




 
Bölməyə aid digər xəbərlər
28.05.2020
“Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir
28.05.2020
“Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə ümidlə baxırıq”
28.05.2020
Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi
28.05.2020
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiqdir“
27.05.2020
AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info