Ən böyük kitab sərgisində Heydər Əliyevin yubileyi qeyd olunub
Tarix: 14.10.2013 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Frankfurt kitab sərgisində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi qeyd olunub.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan kitabları da nümayiş etdirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə ölkəmiz dünyanın bu nüfuzlu kitab sərgisində artıq altıncı dəfə təmsil olunur.
Ötən illərdən fərqli olaraq, bu il ölkəmizin stendi daha genişdir. Kitablarımız "Messe Frankfurt" sərgi şəhərciyində 48 kvadrat metr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunur. Qız qalasının fiquru və Qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alıb.
Sərgi çərçivəsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan, ümummilli liderə həsr edilmiş "Heydər Əliyev adına" kitab-albomun təqdimatı keçirilib. Tədbirdə Hessen əyaləti rəsmiləri, alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, diplomatlar iştirak ediblər. Tədbirdə çıxış edən ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O, dünya siyasətinin nəhəng simalarından olan Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi olduğunu vurğulayıb. Diplomat Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kursun keçmişdə və bu gün olduğu kimi gələcəkdə də Azərbaycana böyük nailiyyətlər qazandıracağını bildirib. Səfir ulu öndərin siyasi kursunun prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini də söyləyib. O, ümummilli liderə həsr olunmuş "Heydər Əliyev adına" kitab-albomun geniş oxucu kütləsinin böyük marağına səbəb olacağını qeyd edib.
Mərasimdə çıxış edən Türkiyə Respublikasının Frankfurtdakı Baş konsulu Ufuk Ekici, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Frankfurt şəhərinin bələdiyyə başçısı və başqaları tədbirin əhəmiyyətini vurğulayıblar. Çıxışlarda Heydər Əliyevin Azərbaycan diasporunun inkişafı, türk dünyasının birliyinin təmin olunmasındakı misilsiz rolundan minnətdarlıqla bəhs olunub.
Qeyd edək ki, ölkəmizin stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim edilir
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info