Anti-Azərbaycan qüvvələr öz çirkin əməllərindən əl çəkmirlər
Tarix: 21.05.2020 | Saat: 09:43:00 | E-mail | Çapa göndər


Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, bir çox qərb dövlətlərinin beyin mərkəzləri müxtəlf QHT-ı tərəfindən öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik dəyərlərin yayılması üçün bütün dünyada ilk növbədə Avropada öz fəallarının geniş şəbəkəsini yaratmışlar.
Qərb dövlətləri həmişə olduğu kimi açıq-aydın ikili standartlar siyasətini yürüdür, insan hüquqlarından ayrı-ayrı dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edərək dünyanın əksər dövlətlərinin daxili işlərinə qarışırlar. Məqsəd insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi fayda əldə etməkdir. Bu qüvvələr öz məqsədlərinə çatmaq üçün hər bir vasitədən istifadə edirlər.

Bu günlərdə Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkəmizin ictimai təhlükəsizliyinə qarşı təhdid və pozuculuq hərəkətlərinin qarşısının alınması və təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərini həyata keçirərək Almaniyada yaşayan, özünü siyasi mühacir kimi qələmə verən, Azərbaycana qarşı qarayaxma kampaniyasının fəal iştirakçılarından biri, video-bloger Qabil Məmmədov və onun əlaltıları ifşa olunmuşdur. Aparılan istintaq-əməliyyat tədbirləri ilə Qabil Məmmədovun 2015-2017-ci illərdə Azərbaycan Respublikası ərazisində aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi ilə Almaniya ərazisində sığnacaq alaraq Azərbaycan Respublikası ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işinin istintaqı zamanı Qabil Məmmədovun əvvəllər cinayət əməllərinə görə məhkum olunmuş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupla gizli surətdə təşkilatlanıb Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsilə yayımladığı çoxsaylı videoçarxlarda öz həmfikirlərinə müraciət edərək silahlanıb kütləvi aksiyalarda Azərbaycan Respublikasının hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərinin, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terror aktlarının həyata keçirilməsinə yönələn açıq çağrışlar etməsinə əsaslı sübutlar müəyyən edilib.

Göstərilənlərlə əlaqədar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş elan və axtarışda olan Qabil Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla onun Azərbaycan Respublikasına ekstradisiyası üzrə hüquqi prosedurlar həyata keçirilir.

Baş verənlər göstərir ki, Azərbaycandan kənarda olan, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilmiş Qabil Məmmədov kimilər artıq təkcə qarayaxma kampaniyası ilə kifayətlənmirlər. Bu vətən xainləri bir qədər də irəli gedərək Azərbaycanın ictimai təhlükəsizliyinə qarşı təhtid və ölkəmizə qarşı pozuculuq və terrorçuluq hərəkətlərini planlaşdıraraq öz həmfikirlərinə çağırışlar edirlər. Ancaq bu anti-milli qüvvələr, vətən xainləri bilməlidirlər ki, artıq dünyanın siyasi arenasında müstəqil, demokratik, hərtərəfli inkişaf etmiş və özünü bütün təhlükələrdən müdafiə etmək imkanlarına malik olan Azərbaycan dövləti var və Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcək.
Rauf Əliyev
Milli Məclisin deputatı




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
31.05.2020
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info