“Koronavirus uşaqlarda əsasən simptomsuz keçir”
Tarix: 21.05.2020 | Saat: 12:39:00 | E-mail | Çapa göndər


Nigar Mirzəyeva: “1 yaşına qədər olan uşaqlar hər bir şeyi ağızlarına apardıqlarına görə oyuncaqların, paltarların gigiyenasına diqqət edilməlidir, uşaq paltarları 60-90 dərəcədə yuyulmalıdır”

Müxtəlif mənbələrdən olan məlumatlar uşaqların koronavirusa daha az məruz qaldıqları fikrini təsdiqləyir. Bu barədə koronavirus pandemiyası yenicə başlayanda belə bir fikir formalaşmışdı ki, uşaqlar koronavirusa yoluxmur. Lakin zaman keçdikcə uşaqlarda da bu virusa yoluxma faktları aşkarlandı. Hazırda isə bütün mülahizələr bir yerdə cəmləşir ki, uşaqlar bu virusa yoluxa bilir, amma bu xəstəliyin əlamətləri onlarda daha yüngül özünü göstərir və xəstəliyin gedişatı daha yüngül olur.
Bununla belə, son vaxtlar uşaqlarda da koronavirusun ciddi və ağır keçməsi faktları müşahidə olunub. Bu hallar, eyni zamanda bir çox ölkələrdə məktəblərin, uşaq bağçalarının bağlanması, insanlar arasında məsafənin saxlanılması və bir çox başqa ciddi tədbirlər valideynləri öz övladlarının təhlükəsizliyi barədə düşünməyə vadar edir.
Niyə koronavirus uşaqlarda bir cür, böyüklərdə başqa cür özünü büruzə verir? Əgər uşaqlarda da yoluxma varsa, bu onlara necə təsir edə bilər, onların gələcək həyatlarında özünü necə göstərər? Bütün valideynləri düşündürən bu suallarla Mərkəzi Gömrük Hospitalının pediatrı Nigar Mirzəyevaya müraciət etdik.

-Həkim, öncə bilmək istərdik ki, azyaşlı uşaqlar koronavirusa yoluxurmu?

-Bəli, uşaqlar da böyüklər kimi koronavirusla qarşılaşdıqda, bu virusa yoluxurlar və onlarda da COVID-19-un simptomları özünü göstərir. Çinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin apardığı tədqiqatların (20 fevral 2020-ci il) nəticələrinə görə, Çində 19 yaşından aşağı olan uşaqlarda koronavirus xəstəliyi COVID -19-a yoluxan 72 314 nəfərdən 2% təşkil edir. Amerika tədqiqatçılarının gəldiyi nəticəyə görə isə, ABŞ-da koronavirusa yoluxanlar arasında uşaqlar 1% təşkil etmişdir və 508 xəstə uşaq arasında heç bir ölüm hadisəsi olmayıb.

-Koronavirus uşaqlara necə təsir edir? Bu xəstəliyə yoluxan uşaqlar sağaldıqda necə, bu, onların gələcək həyatında özünü nə vaxtsa göstərə bilərmi?

- Dünya statistikasında uşaqlar arasında koronavirusla bağlı xəstəxanalarda yatış və ölüm sayı çox azdır. Bütün yaş qruplarından olan uşaqlarda xəstəliyin ağır keçirmə göstəricisi böyük yaş qrupunda olan insanlara nisbətən 1% təşkil edir. Koronavirus uşaqlarda əsasən simptomsuz keçir, simptomlu xəstələrdə isə əlamətlər əsasən yüngül qızdırma, burun axıntısı və öskürək şəklində özünü göstərir. Böyüklərdə olduğu kimi, uşaqlar da bu virusdan sağaldıqdan sonra bu, onların gələcək həyatlarında özünü göstərmir.

-Maraqlıdır, bəs niyə uşaqlarda koronavirus daha yüngül keçir?

-“Journal of the American Medical Association” tibb jurnalında dərc edilmiş araşdırmalarda virusun əsasən 50-60 yaşlı insanları yoluxdurduğu bildirilir və ən sıx görülən fəsadı - kəskin ağciyər sıxılma sindromudur. Bu zaman virusa qarşı orqanizmin immun sistemi daha güclü müqavimət göstərir. Ağciyərlərdə maye və immunitet hüceyrələrinin toplanması - “sitokin partlaması” baş verir və oksigen diffuziyasını blokada edir. Aparılan bəzi araşdırmalar göstərir ki, uşaqlarda koronavirusun yüngül keçməsinin səbəbi immun sisteminin hələ inkişafda olması ilə bağlıdır

-Həkim, deyə bilərsinizmi, risk qrupuna hansı uşaqlar daxildir?

- Bu risk qrupuna əsasən südəmər uşaqlar (1 yaşa qədər), anadangəlmə ürək qüsuru olan uşaqlar, xroniki böyrək problemi olanlar, onkoloji xəstəlik nəticəsində kimya terapiyası alan uşaqlar və orqan transplantasiyası əməliyyatı keçirən uşaqlar aiddir.

-İnsanları daim düşündürən daha bir məsələ olub. Koronovirusa yoluxmuş hamilə qadının bu virusu bətnindəki uşağa keçirməsi ehtimalı varmı?

-Çinin Uhan şəhərində, həmçinin Northüestern Universitetində koronavirusa yoluxmuş hamilə qadınlar üzərində aparılan tədqiqatların nəticələr göstərir ki, koronavirus hamilə qadından körpəsinə keçmir. Həmçinin, dünyanın nüfuzlu həftəlik “The Lancet” tibb jurnalında yayımlanan çalışmalarda da koronavirusun ana bətnindən cift yolu ilə körpəyə keçmədiyi müəyyən olunub.


-Uşaqları koronavirusdan necə qorumalıyıq?


-Uşaqları koronavirusdan qorumaq üçün öncə valideynlər özləri gigiyenik qaydalara əməl etməlidirlər. Dırnaq, əl gigiyenasına diqqət etməli, evə gələrkən mütləq geyimlərini dəyişməli və digər lazımi tədbirləri görməlidirlər. Uşaqlar da tez-tez əllərini yumalıdır. Həmçinin, uşaqlara sosial məsafələrin saxlanması qaydaları, öskürək və ya asqırma zamanı dirsək ilə ağızın bağlanması lazımdır.
1 yaşına qədər olan uşaqlar hər bir şeyi ağızlarına apardıqlarına görə oyuncaqların, paltarların gigiyenasına diqqət edilməlidir, uşaq paltarları 60-90 dərəcədə yuyulmalıdır. Burada bir vacib məsələni də qeyd etmək istərdim ki, bu dönəmdə rutin peyvəndlərin vaxtında vurulmasının çox böyük əhəmiyyəti var. Bütün bunlara əməl edən valideynlər öz uşaqlarını Covid-19-dan qoruya bilərlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info