İlahiyyat İnstitutunun rəhbər heyətinin iştirakı ilə iclas keçirilib
Tarix: 21.05.2020 | Saat: 12:57:00 | E-mail | Çapa göndər



Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər heyətinin iştirakı ilə distant təhsillə bağlı növbəti iclas keçirilib.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov iştirakçıları salamladıqdan sonra, iclasın gündəliyində olan məsələlər haqqında məlumat verib. İnstitut rəhbəri respublikamızda koronavirus (COVİD 19) pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Aİİ-də də onlayn dərslər davam etdirilir.
A.Şirinov hazırkı durumda tədrisin vəziyyəti, semestr imtahanlarının keçirilmə qaydası, buraxılış işlərinin verilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsi və bu istiqamətdə gündəmdə olan digər vacib məsələlərdən bəhs edib. Vurğulayıb ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyə etdiyi “Microsoft Teams” platforması distant təhsil almaq, tədris prosesini tənzimləmək və ona nəzarət etmək üçün geniş imkanlar yaradır. O, İlahiyyat İnstitutunda təhsil alan bəzi tələbələrin məsafədən tədrisə qoşula bilmədiklərini təəssüf hissi ilə qeyd edib.
Aİİ rektoru koronavirus (COVID-19) infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, ölkə ərazisində bəzi yumşalma tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, hər kəsi Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə səsləyib.
İclasda iştirak edən Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Mübariz Camalov və İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov iclasın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşüb, biletlərin və imtahan suallarının təşkili, sessiya zamanı tələbələrə güzəştlərin edilməsi ilə əlaqədar təkliflərini bildiriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Sədərək Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edildi
30.05.2020
Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək
29.05.2020
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı qərargahdan açıqlama
29.05.2020
Maska və sosial məsafəyə dair tələblərin nə vaxtdan tətbiq ediləcəyinə aydınlıq gətirilib
29.05.2020
Ölkədə aktiv xəstələrlə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info