Azərbaycan tarixində Misirə ilk alüminium pəstah ixracı
Tarix: 21.05.2020 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


Sumqayıt Texnologiyalar Parkı (STP) tarixində ilk dəfə olaraq Misirə alüminium pəstahlar ixrac edib. Bu, həmçinin Azərbaycan tarixində də Misirə ilk alüminium pəstah ixracıdır.
Müştəriyə ilkin olaraq ümumi həcmi 100 ton olan 6063 markalı çapı 178 mm, boyu 5800 mm olan alüminium pəstahlar istehsal edilib yola salınıb. Gələn ay daha 200 ton alüminium pəstah məhsulu göndərilməsi nəzərdə tutulur.
Alüminium pəstah alüminium profillərin istehsalı üçün nəzərdə tutulmuş xammalıdır. Azərbaycanda bu məhsul Sumqayıt Texnologiyalar Parkının Alüminium və Mis Profilləri Zavodunda istehsal olunur.
STP bundan öncə Danimarka, Polşa, Estoniya, Ukrayna və Türkiyəyə alüminium pəstah və profillər ixrac edib.
Texnoparkın Alüminium və Mis Profilləri zavodu 2014-cü ildə istismara verilib. Zavodda alüminium profillərin istehsalı, toz boya, alüminium əritmə və pəstahalma, mis əritmə sahələri fəaliyyət göstərir. Toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. Alüminium əritmə və pəstahlama sahəsinin illik istehsal gücü 30000 tondur.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkıregionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
30.05.2020
“Atabank” və “Amrahbank” əmanətlərinin kompensasiyası “Kapital Bank”la ödəniləcək
30.05.2020
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb
30.05.2020
“Brent“ markalı neftin qiyməti 38 dollardan yuxarı qalxıb
29.05.2020
Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info