“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
Tarix: 21.05.2020 | Saat: 16:35:00 | E-mail | Çapa göndər



Yeni növ koronavirus (COVID-19) pandemiyasının dünyanı dəyişdiyi bir vaxtda bu infeksiyanın Azərbaycan iqtisadiyyatı və sosial həyatına da ciddi təsirlər göstərməsi gözlənilən idi. Amma müsbət məqam odur ki, əhali sayına görə Azərbaycan bu virusdan ən az zərər çəkən, yəni kütləvi yoluxma, itkilərlə bağlı müsbət tendensiyalar yaşayan ölkələr sırasında oldu. Artıq karantin şərtlərində də xeyli yumşalmalar müşahidə edilir, amma bəzi sahələr var ki, orada yumşalmaların olması hələ ki, real görünmür. Məsələn təhsil-tədris məsələləri. Maraqlıdır, postpandemiya dövründə-qarşıdakı aylarda uşaqların bilikləri qavraması, ümumilikdə tədris-təhsillə bağlı psixoloji durumu necə olacaq? Bu məsələlər hansısa formada tənzimlənə bilərmi?
Azərbaycanda uğurlu fəaliyyət göstərən özəl tədris mərkəzlərindən olan "ABC Tədris və İnkişaf mərkəzi"nin rəhbəri Leyla Həsənova “Palitra”ya verdiyi açıqlamada dedi ki, növbəti aylarda və ümumilikdə qarşıdakı ildə uşaqların təhsil və digər bilik, bacarıqlara alışmaları ilə bağlı hər şey fərqli ola bilər:
“Əlbəttə bütün dünya bu cür heç kimin qaça bilməyəcəyi təhlükəli situasiyanın yaranacağını gözləmirdi. Hətta ən güclü dövlətlər belə bu pandemiyaya hazır deyildilər. Bu mənada bizləri qəfil yaxalayan koronavirus infeksiyası həyatımızı müvəqqəti də olsa tam dəyişdirdi. İnsanlar artıq yeni qaydalar, şərtlər və müəyyən izolyasiya, sosial məsafələrlə bağlı tələblərlə yaşamağa başlayıblar. Amma elə sahələr var ki, sizin də dediyiniz kimi maksimum dərəcədə o sahələr daim aktiv saxlanmalıdır, hətta ən ağır karantin dövründə belə o sahələr geriləməməlidir. Məsələn iqtisadiyyatın aparıcı sahələri, təhsil, səhiyyə... Konkret olaraq təhsil sahəsinə gəldikdə deyə bilərəm ki, virus ölkəmizə çatanda bu sahədə hər şey ideal şəkildə quruldu. Yəni hələ mart ayından hökumət çevik addımlar ataraq şagird və tələbələri evə qapadı, distant təhsil və addımlar isə alqışlanmalıdır. Amma təhsilə bağlı bir sahə də var ki, onunla əlaqədar müəyyən boşluqlar da yarandı. Bu da məktəbəqədər yaşda olan, eləcə də ibtidai sinifdə oxuyan uşaqların yararlandıqları tədris və inkişaf mərkəzlərinin fəaliyyətində müvəqqəti dayanmaların olmasıdır”.
Müsahibim deyir ki, belə mərkəzlər uşaqların özlərini məktəbdən kənar və ya məktəbəqədər dövrdə əlavə inkişaf etdirmələri baxımdan çox əhəmiyyətlidir: “Burada musiqi, rəsm psixoloji, loqopedik və digər xidmətlər göstərilir ki, karantin dövrü ilə əlaqədar bir çox mərkəzlər öz işlərimi onlayn qurmağa çalışdılar. Amma bəzi xidmət sahələri onlayn şəkildə o qədər də effekt verə bilmirdi. Məsələn loqoped xidməti. Yəni bütün bu məsələlər ümid edirik ki, postpandemiya dövründə tənzimlənəcək, əvvəlki aktivliklə valideynlər yenidən körpə balalarımızın, azyaşlıların özlərini inkişaf etdirmələri üçün mərkəzlərin xidmətlərindən yararlanacaqlar”.
Leyla Həsənova onu da vurğuladı ki, karantin, sosial izolyasiya, evə qapanmalar uşaqların psixoloji durumuna hələ uzun müddət mənfi təsir edəcək: “Uşaqlar daim aktiv olurlar, müəyyən oyunlar oynayır, yeniliklərə, yeni vərdişlərə, nələrisə öyrənməyə cəhdlər edirlər, müəyyən mənada sosiallaşmaqla, bağçalarda, məhəllə və parklarda həmyaşıdları ilə vaxt keçirməklər böyüyürlər. Amma məlum durum bir daha deyirəm ki, onların da inkişafına mənfi təsir etdi. Ümid edirəm mərkəzlər postpandemiya dövründə bu məqamları da nəzərə alacaqlar, uşaqların psixoloji durumunun əvvəlki vəziyyətə gətirilməsi üçün də əlavə məşğuliyyət və dərslər təşkil edəcəklər”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
2 Manqal salatı-VIDEO
3 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
4 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
5 Parça qalıqlarından unikal geyimlər: azərbaycanlı dizayner dayanıqlı dəb yaradır-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info