Paşinyanın xəyali vədləri reallaşacaqmı?
Tarix: 21.05.2020 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


"Nikol Paşinyanın Ermənistanın siyasi inkişafında dağıdıcı bir amil olması faktı göz önündədəir".
Bu fikirləri ermənilərin "Panorama.am" saytına verdiy açıqlamada erməni politoloq Qrant Melik-Şahnazaryan Ermənistanın Portuqaliyadakı səfiri Mikael Minasyanın şəxsi "Facebook " səhifəsində paylaşdığı "baş nazir Nikol Paşinyanı vəzifəsindən azad edin" sözlərinə istinad edərək bildirib.
Xatırladaq ki, erməni səfir Paşinyanın yarasız rəhbərliyinə diqqət çəkərək, onun fəaliyyətinin təkcə Ermənistannın siyasi sahəsində deyil, həm də hakim siyasi komanda daxilində gərginliyə səbəb olduğunu bildirmişdi: "Bu dəfələrlə şahidi olduğumuz bir həqiqətdir".
Mikael Minasyanın hakim partiyadan olan hər hansı bir nümayəndənin də baş nazir ola biləcəyi ilə bağlı təklifini, Melik-Şahnazaryan Paşinyana bağlə məmurların ölkədəki vəziyyət üçün əsas məsuliyyət sahibləri olduğunu hələ dərk etməmsi ilə əlaqələndirir. Belə görünür ki, artıq erməni xalqının Paşinyanla yanaşı, onun ətrafına olan inamı da əriyib səngiməkdədir. Əslində, buna əsas da var. Belə ki, vaxtilə Paşinyanın xalqa verdiyi vədlərə rəğmən, bütün reallıqlar göz önündədir. Bunu faktlar da sübut edir. Məsələn, bu ilin mart ayında əvvəlki aylarla müqayisədə ölkənin "emal sənayesi" qırmızı zonaya düşərək 0.6 faiz azalıb. Qeyd edilməlidir ki, bu azalma ötən ilin mart ayı ilə müqayisədə 5.2 faiz azalma ilə müşahidə edilməkdədir. Ermənilərin "Qolos Armenii» saytı ölkənin ayrı-ayrı istehsal sahələrində gedən tənəzzüllə bağlı, hətta vaxtilə açılışında şəxsən Paşinyanın da iştirak etdiyi sənaye sahələrinin işləməməsi ilə bağlı sualı cavablandıran baş nazir, qəribə də olsa, "mən onların işlərinə görə cavabdeh deyiləm" cavabını verib. Saytın təəbirincə, belə olan halda bununla əlaqədar başqa bir məntiqi sual meydana çıxır: Görən, həqiqətən də, Paşinyan hökumətinin üzərinə götürdüyü hər hansı bir məsuliyyətli bir şey varmı? Bu gün hətta təhlükəli koronavirus infeksiyası ilə mübarizədə məsuliyyəti öz üzərindən atmağa çalışırsa, onda sual olunur, duğrudanmı, ermənilərin bu hökumətə ehtiyacı var?
Təbii ki, Azərbaycandakı inkişafın ermənilər üçün əlçatmaz olduğunu anlayan əksər erməni siyasiləri, son vaxtlar daha çox Gürcüstanı Ermənistan üçün nümunə göstərirlər.
Yeri gəlmişkən, bu ayın sonuna qədər Rusiya hökumətinin iqtisadi yaxşılaşma üçün detallı bir plan təqdim edəcəyi barədə məlumat verən erməni saytı, Ermənistan rəhbərliyinin buna bənzər hər hansı bir addımın atacağını sual kimi ona ünvanlayır. Sayt yazır: "Doğrudur, baş nazir bu yaxınlarda hökumətin böhrandan sonra müəssisələrin bərpası üçün 100 milyon dollar məbləğində yeni dəstək paketini təsdiqləyəcəyi barədə xəlqı məlumatlandırıb. Ancaq bu, sadəcə, düşünülmüş bir ssenarinin görünmədiyi bir rəqəmdir, bu vəsaitin necə xərclənəcəyi və bunun nəticəsində hansı nəticənin əldə ediləcəyi ilə bağlı heç bir məlumat yoxdur".
Maraqlıdır ki, sayt Paşinyanın dediklərinin onun xəyali vədlərindən biri olmadığından ehtiyatlanır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb
27.05.2020
Moskvada karantin rejiminin müddəti iyunun 14-dək uzadılıb
26.05.2020
Ermənilərin böyük yalanları -VİDEO
26.05.2020
Gürcüstanın Rusiyadan aldığı təbii qazın həcmi artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info