“Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
Tarix: 21.05.2020 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Şəhla Nağıyeva: “Karantin rejiminin hamının bir formada mövcud olduğu hazırkı dövrdə hər kəsin borcu ölkə rəhbərliyinin çağırışına əməl etməkdir”

Bu gün dünya ölkələri üçün prioritet məsələ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin aparılmasıdır. Bu baxımdan Azərbaycanda da dövlət səviyyəsində steateji olaraq önləyici addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Eyni zamanda Azərbaycan beynəlxalq səviyyədə koronavirusa qarşı mübarizədə öz töhfəsini verir. Ölkə başçısı dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə nümunəvi dövlətdir.
Sevindirici halıdır ki, pandemiya dövründə Azərbaycanda vətəndaş cəmiyyəti də fallıq nümayiş etdirərək maarifləndirici və yardım kampaniyası həyata keçirib. Bu baxımdan Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən də maraqlı layihələr icra edilib. İctimai Birliyin sədri Şəhla Nağıyeva bu mövzuda özəl olaraq “Palitra”ya müsahibə verib.

-Pandemiya dövründə Azərbaycanda vətəndaş cəmiyyəti nə dərəcədə fəallıq göstərdi?
-Dünyamızın narahat anlarını yaşadığı, ölkəmizdə karantin rejiminin hər hansı bir formada mövcud olduğu hazırkı dövrdə istər Azərbaycan Respublikasının vətəndaşı, istərsə də hər hansı bir qurumun rəhbəri kimi hər kəsin borcu ölkə rəhbərliyinin çağırışına əməl etməkdir. Bu dövrü müdrikliklə qarşılamaq, vaxtı hədər verməmək, stressdən uzaq olmaq lazımdır.
Rəhbərlik etdiyim Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi ayrı-ayrı xalqlara məxsus mədəni dəyərlərin qarşılıqlı öyrənilməsi və təbliği vasitəsi ilə müxtəlif xalqlar və millətlər arasında mədəni əlaqələr yaratmaq və onların qarşılıqlı anlaşmasına yardımçı olmaq məqsədilə yaradılmış bir mədəniyyət təşkilatıdır.
Yarandığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hər zaman qayğısını üzərində hiss edən təşkilatımızın bütün heyəti onun bütün tədbirlərində yaxından iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə keçirdiyi "Evdə qalaq, bilgi alaq!” devizi ilə “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə”, "İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri", "Mədəniyyət və incəsənət xadimləri ilə görüş", QHT- Media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans, “Koronavirusla mübarizə mədəniyyəti: Kim, Harada, Necə?”, "Milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüş" kimi mövzularda konfranslarda iştirak edərək davamlı şəkildə evdə qalanlara pozitiv ruh vermişik.
-“Koronavirusla mübarizə mədəniyyəti: Kim, Harada, Necə?” mövzusunda videokonfransınıza çox maraqlı əcnəbi qonaqlar qatılmışdı. Bu videokonfransın əsas məqsədi nə idi?
-Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılğı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə keçirdiyi "Evdə qalaq, bilgi alaq!” kampaniyası çərçivəsində “Koronavirusla mübarizə mədəniyyəti: Kim, Harada, Necə?” mövzusunda videokonfrans keçirildi. Tədbirin əsas məqsədi təşkilat üzvlərimizin həm yerli, həm də xarici ölkələrdə olan tərəfdaşlarımızın- yerli və xarici vətəndaşların xarici ölkələrdə yaratdıqları qeyri-hökumət təşkilatlarının nümayəndələrinin hər birimizin məcburi şəkildə evdə qalmalı olduğumuz zamanı səbirlə qarşılamaq, cəmiyyət və özümüz üçün faydalı işlərlə vaxtımızı mənalı keçirmək, baş verənləri nikbinliklə yola vermək kimi məsələlərdə təcrübə mübadiləsi etmək idi.
Mənim moderatorluğumla keçirilən videokonfransda koronavirusa (COVİD-19) qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən işlər, xarici ölkələrdə yaşayan soydaşlarımız və Azərbaycan QHT-lərinin xarici tərəfdaşlarının karantin rejimindəki həyat tərzi, yaradıcılıqları və digər fəaliyyətləri barədə fikir mübadiləsi aparıldı.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın həyata keçirdiyi ictimai maarifləndirmə və monitorinq kampaniyaları barədə danışaraq ölkə QHT-lərinin bu qlobal bəlaya qarşı mübarizədə dövlətimiz və cəmiyyətimizlə yüksək həmrəylik nümayiş etdirdiyini dedi.
Videokonfransda ABŞ-ın Texas ştatında yaşayan Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və rəhbəri, iki ölkə arasında musiqi körpüsü yaratmağa çalışan Cəmilə Cavadova-Spitzberq, Fransanın erməni lobbisinin güclü olduğu şəhərlərdən olan Lionda fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təsisçisi və prezidenti Günel Səfərova, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvü, Azərbaycan xalçalarının toxucusu Filip Jüj, Romada geyim dizayneri fəaliyyəti göstərən Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin İtaliya təmsilçisi Günay Həsənova, Quzey Kıprıs Türk Cümhuriyyətindən psixoloq, dr. Linda Fraim, şair Rəbiqə Nazimqızı, rəssam Nərminə Vəliyeva, ABŞ-ın Florida ştatında yaşayan rəssam Aleks İbsen, Lüksemburqda yaşayan modelyer-rəssam Sevinc Kərimova, Polşada fəaliyyət göstərən “Fundacja Pokolenia Pokoleniom” qeyri-hökumət təşkilatının sədri Barbara Texmoşenski, Vaşiqton Piano İncəsənəti Şurasının təsisçisi Şato Qardetski, Vaşiqton Piano İncəsənəti Şurasının İdarə Heyətinin üzvü, pianist Con Qardetski, mədəniyyət layihələrinə dəstək verən Nyu-Yorklu iş adamı Syuzan Sabbatino-Pellikeyn, Romada yaşayan irland əsilli rəssam Şaan Qol, Azərbaycan-Lüksemburq Mədəniyyət Assosasiyasının sədri Arzu Həsənova, Kaliforniya Dövlət Universitetinin müəllimi, şair, tərcüməçi Əlison Məndəvil, Kaliforniya ştatında yaşayan rəssam Mərlis Məndəvil, Malaziya İslam İncəsənəti Muzeyinin tədqiqatçısı Əmin Əmirdabbağian çıxış etdilər. Onlar musiqi əsərləri, şerlər ifa edib, müəllifi olduqları rəsm əsərlərini nümayiş etdirib, həmçinin, yaşadıqları ölkədə koronavirusa qarşı aparılan mübarizə yolları haqqında məlumat verdilər.
-Perspektivdə hansı layihələr nəzərdə tutulub?
-Bu, vəziyyətdən asılıdır. Biz yaranacaq durumla bağlı layihələrimizi planlaşdıracağıq. Əgər koronavirus təhlükəsi sovuşsa Şuranın maliyyəsi ilə “Azərbaycanın ekoturizm cəlbediciliyini artırmaq, təbiətə heç bir ziyan vurmadan” devzi ilə Yaradanın şah əsəri olan ekoloji gözəlliyə, Gəncədəki və Bakıdakı Milli Parklara həm yerli, həm də xarici turist axınını təşviq etməyi, yerli və xarici turistlərlə təbiət arasında bir təmas yaratmaqla ekoturizmlə maraqlanan turistləri təbiət qoynunda istirahət etməyə dəvət etməyi qarşısına məqsəd qoyan “Təbiətin incə sənəti” adlı layihə həyata keçirməyi planlaşdırırıq.
Layihənin I mərhələsində layihəyə cəlb edilmək üçün ekologiya və turizm mövzusunda yazan yazarlar və rəssamlar seçiləcəkdir. Bakıda və Gəncə şəhərində azərbaycanlı və amerikalı (“Skype” vasitəsilə) ekoloji ekspertlərin iştirakı ilə ekoturizmin təbliği istiqamətində seminarlar keçiriləcək.
Ekoturizmin təbliği məqsədilə Bakıdakı Milli Parka və Gəncədə həm tarixi, həm də ekoloji əhəmiyyət kəsb edən- Xan bagına ekoloji mövzuda yazan yazıçı-jurnalistlərin səfərini təşkil edəcəyik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin tövsiyəsi ilə ekoturizmin təbliğı məqsədilə Bakı Milli Parkı və Gəncə şəhərinin ekoloji mənzərəsini əks etdirən Azərbaycan və ingilis dilində albom-buroşura nəşr ediləcəkdir.
Əgər vəziyyət dəyişməzsə, Üzeyir Hacıbəylinin 135 illik yubiley ilə əlaqədar “Dünyanı heyrətləndirən musiqi” adlı Azərbaycan və amerikalı musiqiçilərin bəstəkarın musiqisinə həsr olunmuş birgə onlayn konsertini təşkil etməyi planlaşdırırıq.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
04.07.2020
Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir - Beynəlxalq ekspert
03.07.2020
Səfir: Azərbaycan və Gürcüstan yeni sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malikdir
02.07.2020
“Dövlətin pandemiya ilə mübarizəsinə öz töhfəmizi veririk”
29.06.2020
Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info