“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
Tarix: 21.05.2020 | Saat: 19:21:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində keçiriləcək qondarma “andiçmə” mərasimi müxtəlif təşkilatlar tərəfindən etirazla qarşılanıb. Belə ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu bu məsələ ilə bağlı bəyanat yayıb (AZ?RTAC ). Bəyanatda qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşa şəhərində torpaqlarımızın iyirmi faizini işğal edən Ermənistanın təşkil etdiyi qondarma “andiçmə” şousu indiyə qədər bölgədə məlum münaqişəsinin həlli üçün cəhdlər edən beynəlxalq təşkilatların fəaliyyətinə qarşı çıxmaqdır. Fondun sədri professor Aygün Attarın imzası ilə yayılan mətində diqqətə çatdırılır ki, BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA kimi mötəbər beynəlxalq təşkilatlar, Azərbaycanın ərazi bütövlüyünü tanışım, o cümlədən Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qərar və qətnamələr əsasında təsdiq etmişlər.
Diqqətə çatdırılır ki, təcavüzkar Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində saxta “seçkilər” keçirməklə bölgədə gərginlik yaratmağı hədəfləyib. Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz mövcudluğuna və fəaliyyətinə görə, təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı və buna son qoyulmalıdır.

“Qondarma “andiçmə” mərasimi danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır”
Ermənilərin bu separatist əməli ilə bağlı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev də açıqlama yayıb. İcmadan APA -ya daxil olan açıqlamada deyilir: “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri və seçilmiş nümayəndəsi olaraq Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasimi ilə bağlı bildirirəm ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən rədd edilmiş “seçki” şousunun nəticələrinin heç bir hüquqi əsası yoxdur və həmin “seçki” nəticəsində hər hansı bir qurum və şəxsin legitimliyindən söhbət belə gedə bilməz.
Qondarma mərasim danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır. Ermənistan hakimiyyəti mütəmadi olaraq bu kimi təxribatçı əməllər törədir və işğal altındakı Şuşa şəhərinin bu qondarma tədbir üçün seçilməsi bunu aydın surətdə nümayiş etdirir.
Bütün bunlar azmış kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsi və danışıqlara zərər vuran bu təxribatda şəxsən iştirak etməsi Ermənistan rəhbərliyinin sülh barədə danışmasının yalnız riyakarlıq olduğunu göstərir.
Ermənistanın atdığı bu addım işğal olunmuş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərbədir və 2019-cu ilin yanvar ayında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə bəyan edilmiş “xalqların sülhə hazırlanması” niyyəti ilə tamamilə ziddiyyət təşkil edir”.
Tural Gəncəliyev bildirib ki, Azərbaycan Respublikası münaqişənin ən qısa zamanda sülh yolu ilə həll olunması istiqamətində davamlı və konstruktiv addımlar atdığı, habelə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sülh və birgəyaşayış çağırışları fonunda Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində belə təxribatlara əl atması bizdə dərin hiddət və ikrah hissi doğurur: “Bu, Ermənistan hakimiyyətinin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını deməyə əsas verir və bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir.
Bir daha qeyd edirəm ki, Ermənistan - Azərbaycan münaqişəsi işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına ləyaqətli şəkildə geri dönməsi və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışının təmin edilməsi yolu ilə həll oluna bilər. Yalnız qeyd edilən addımlardan sonra bölgədə ədalətli və davamlı sülh təmin edilə bilər.
Biz beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu təxribatçı hərəkətinə lazımi qiymət verməyə və onu pisləməyə çağırırıq”.
“Faşizm ideologiyası Ermənistanda dövlət səviyyəsində təbliğ edilir”
Yeri gəlmişkən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut İsrailin 9-cu Televiziyasının “Gün” informasiya-analitik proqramında çıxış edərkən və Ermənistanın baş naziri Nikol Paşinyanın babasının kollaborasionist olması və Njdenin rəhbərliyi altında erməni legionunda xidmət etməsi barədə məlumatları şərh edib (AZ?RTAC ).
Arye Qut deyib ki, dünya birliyi bir neçə gün bundan əvvəl ağır pandemiya şəraitində faşizm üzərində Qələbənin 75 illiyini qeyd etdi. Bizim hamımızı ümumi keçmiş birləşdirir və biz babalarımızın, ulu babalarımızın müharibə illərində göstərdikləri qəhrəmanlıqlara layiq olmalıyıq.
O qeyd edir ki, o, bir israilli və sovet ordusunun zabitinin nəvəsi kimi öz babasına görə fəxarət hissləri keçirir. “Lakin mənim babam qazanılan qələbə ilə yanaşı, yəhudi xalqının tarixində qorxunc və dözülməz faciəyə çevrilən dəhşətli Holokost soyqırımının da şahidi olub. Mənim babam bu soyqırımı zamanı bütün ailəsini, hazırkı Ukraynanın ərazisində yaşayan bütün doğmalarını itirib. O, cəbhədə olduğuna görə sağ qalmışdı. O, Vətənini müdafiə edərək, Zaporojyedən Berlinədək getdi, lakin öz doğmalarını qoruya bilmədi”, - Arye Qut vurğulayır.
İsrailli ekspert qeyd edir ki, 9 May ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan özünün babası - Nikol Paşinyanın şəklini paylaşaraq bu sözləri yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyasının 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda ölənlərə əbədi eşq olsun”.
Məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babası İkinci Dünya müharibəsi zamanı faşistlərlə və nasistlərlə əməkdaşlıq edən kollaborasionist olub. Ermənistanın baş nazirinin “Facebook”da öz babasına həsr etdiyi postdan sonra erməni jurnalistlər tərəfindən onun babasının şəxsiyyətinin araşdırılması nəticəsində əldə edilmiş məlumatlar ictimaiyyətə təqdim olunub.
Arye Qut qeyd edir ki, xüsusən “Iravunk.com” saytı bu mövzuya “Düşmənlə əməkdaşlıq edib, həlak olub”: baba Nikol Paşinyan haqqında məlumatlar” adlı məqalə həsr edib. Lakin baş nazirin paylaşımından dərhal sonra çoxsaylı şərhlərdə göstərilir ki, Nikol Vartanoviç Paşinyan nasist ordusunun sıralarında, məhz Qaregin Njdenin rəhbərlik etdiyi legionda vuruşub.
Arye Qut “Gün” informasiya-analitik proqramında çıxış edərkən vurğulayıb ki, əvvəlki Sarkisyan rejimi faşistlərə Qaregin Njde ləqəbi altında xidmət edən faşist cəlladı və satqını Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində 6 metrlik abidə ucaldıb. “Əfsuslar olsun ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökmədi. Rəsmi Yerevan artıq birinci il deyil ki, faşist və antisemit Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə məşğuldur”, - deyə beynəlxalq münasibətlər sahəsində israilli ekspert, ictimai xadim Arye Qut qeyd edib.
Arye Qutun sözlərinə görə, xalqların öz tarixlərini, tarixi keçmişini təfsir etmək və özlərinin milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına heç kim qarışmır. “Lakin dəhşətli Holokost cinayətlərində əli olan adamlar milli qəhrəmanlar kimi qələmə veriləndə biz susmamalıyıq.
Bu gün artıq sirr deyil ki, faşizm ideologiyası, faşist Almaniyası ilə sıx əməkdaşlıq edən erməni faşist və nasistlərin qəhrəmanlaşdırılması Ermənistanda dövlət səviyyəsində təbliğ edilir, onlara abidələr qoyulur, küçələrə, təhsil müəssisələrinə, strateji mərkəzlərə onların adı verilir. Faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılması Cənubi Qafqazın bu ölkəsində dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Ən dəhşətli və ürəkbulandırıcı odur ki, faşizm ideologiyası “Njdeizm” adı altında Ermənistanda tədris müəssisələrinin proqramına salınıb və gənc nəsil bu “dəyərlər” ruhunda tərbiyə olunur”, - deyə israilli ekspert qeyd edir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info