Baş Prokurorluq Goranboydakı hadisə ilə bağlı xəbərdarlıq etdi
Tarix: 21.05.2020 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Son günlər bəzi kütləvi informasiya vasitələrində Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu zamanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən guya döyülərək pəncərədən atılmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Baş Prokurorluğu həmin məlumatlarla bağlı dərhal araşdırmanın aparılmasını təmin edib.
Müəyyən edilib ki, cari il mayın 13-də saat 11 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev örüş torpaqlarının guya kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gəliblər. Sivil qaydalara zidd olan davranış nümayiş etdirərək onları sülhə dəvət edən ətrafdakı insanları nalayiq ifadələrlə təhqir ediblər. Onlar öz davranışları ilə vətəndaşların qəbulunun keçirilməsi işini pozublar.
Münaqişənin sakitləşdirilməsi məqsədilə çıxan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov onları etik normalara riayət etməyə dəvət edib. Eldar Musayev onun müraciətinə məhəl qoymayaraq qeyri-etik davranışını davam etdirib. Arzu Verdiyev isə İcra Hakimiyyətinin nümayəndələrinə hədə-qorxu gələrək onları nalayiq ifadələrlə təhqir edib. Onlara müraciətləri ilə əlaqadar qanunamüvafiq tədbirlərin görüləcəyi barəda izah verilərkən Arzu Verdiyev başı ilə otağın pəncərəsini sındırıb, sonra özünü inzibati binanın birinci mərtəbəsindəki pəncərədən yerə atıb.
Rayon prokurorluğunun işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin olunub və hadisəyə şahid olmuş şəxslərin izahatı alınıb.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Rayon məhkəməsinin qərəri ilə Arzu Verdiyevin barəsində 10 gün müddətinə inzibati həbs seçilib, Eldar Musayev isə inzibati qaydada cərimə edilib.

Həmçinin, müəyyən edilib ki, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev va Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.
Qeyd olunanları nəzərə alaraq bildirilir ki, konkret faktlara əsaslanmayan və dəqiqləşdirmə aparmadan bu cür məlumatları yaymaqla kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri qərəzli şəkildə ictimai rəyi çaşdırır və ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərə xələl gətirirlər. Azərbaycan Respublikası Baş Prokurorluğu xəbərdar edir ki, ictimai-siyasi sabitliyi pozmaq məqsədini daşıyan bu cür halların təkrar olunacağı təqdirdə müvafiq şəxslərin əməllərinə hüquqi qiymət veriləcək, qanuni əsaslar olduqda onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Sakinlərin nəzərinə! Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur
29.05.2020
Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info