Türk Şurasına üzv dövlәtlәrin pandemiya dövründә attığı addımlar
Tarix: 21.05.2020 | Saat: 21:35:00 | E-mail | Çapa göndər



‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türk Şurasına üzv dövlәtlәrin pandemiya dövründә xaricdәki vәtәndaşlarının problemlәrini hәll etmәk üçün atdığı addımları qiymәtlәndirәcәyik.


‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türk Şurasına üzv dövlәtlәrin pandemiya dövründә xaricdәki vәtәndaşlarının problemlәrini hәll etmәk üçün atdığı addımları qiymәtlәndirәcәyik.

2020-ci ilin 7 may tarixindә Türk Şurasına üzv dövlәtlәr vә müşahidәçi ölkәlәrin Köç İdarәsi vә müvafiq qurumların başçılarının iştirakı ilә videokonfrans formatında iclas keçirilib. İclasa Azәrbaycan, Qazaxıstan, Qığızıstan, Macarıstan, Özbәkistan vә Türkiyә Köç İdarәsinin başçıları vә Türk Şurasının baş katibi qatılıb.Toplantıda Türk Şurasına üzv dövlәtlәrin yeni növ koronavirus epidemiyası sәbәbindәn ölkәlәrinә qayıda bilmәyәn vәtәndaşlarının müvәqqәti qeydiyyat icazәsi, vizaları vә köçlә bağlı digәr mәsәlәlәrin hәll edilmәsi üçün görülәcәk tәdbirlәr müzakirә olunub. İclasdan sonra tәraflәr arasında viza vә qeydiyyat müddәtini pozan vәtәndaşlar üçün qarşılıqlı inzibati və cinayət məsuliyyətinə cəlb edilməmə mәsәlәsindә razılıq әldә olunub.

Tәrәflәr hәmçinin immiqrasiya ilә bağlı şәrtlәri müvəqqəti yumuşaldmaq qərarına gəldilər. Bu sahədə əməkdaşlığın davam etdirilmәsi vә güclәndirilmәsi üçün Türk Şurası yanında İmmiqrasiya üzrә Koordinasiya Qropunun yaradılması mәsәlәsindә razılıq әldә olunub.

2020-ci ilin 10 aprel tarixindә keçirilәn Türk Şurasına üzv dövlәtlәrin liderlәrinin fövqәladә iclasında xarici ölkәlәrdәn olan şuraya üzv dövlәtlәrin vәtәndaşlarına lazımi yardımın göstәrilmәsi mәsәlәsindә razılıq әldә olunmuşdu.

Bu istiqamәtdә Türk Şurasına üzv dövlәtlәr pandemiya dövründә vәtәnlәrinә qayıtmaq istәyәn vәtәndaşların göndәrilmәsi mәsәlәsindә bir-birlәrinә lazımi yardım göstәrmәyә davam edir. Hәtta başqa ölkәnin vәtәndaşlarının gәtirilmәsi mәsәlәsindә şuraya üzv dövlәtlәr birgә hәrәkәt edir.

Məsələn Qazaxıstan Cənubi Asiya ölkәlәrindәki vәtәndaşları ilә birlikdә Qırğızıstan vәtәndaşlarını da gәtirib. Türkiyə də üçüncü ölkələrdə olan vәtәndaşları ilә birlikdә Azərbaycan vətəndaşlarını da Türkiyәyә gәtirib . Bu cür humanitar əməkdaşlıq Türk Dünyasının beynəlxalq aləmdə birlikdə hərəkət etməsi üçün çox vacibdir.

Әziz oxucularımız Türkiyә öz bölgәsinә çox sayda xarici ölkә vәtәndaşını qәbul edәn ölkәdir. Türkiyədəki xarici vətəndaşların pandemiya dövründә ölkələrinə qayıtmaq əvəzinə Türkiyədə qalmağa üstünlük vermәsi rәsmi Ankaranın bu proses әrzindә mәqsәdәuyğun addım atdığını vә bu prosesi yaxşı idarә etdiyini göstәrir. Türkiyә bundan sonra da qonşu vә könül coğrafiyasının cazibә mәrkәzi olmağa davam edәcәk. Türk Şurası yanında yaradılan Koordinasiya Qrupu da Türk diasporlarının problemlәri ilә maraqlanır.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb
27.05.2020
Moskvada karantin rejiminin müddəti iyunun 14-dək uzadılıb
26.05.2020
Ermənilərin böyük yalanları -VİDEO
26.05.2020
Gürcüstanın Rusiyadan aldığı təbii qazın həcmi artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
3 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
4 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
5 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info