32 il əvvəl qaçırılan uşaq tapıldı
Tarix: 22.05.2020 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Üztanıma sistemi yardım etdi

Çində 32 il əvvəl qaçırılan bir uşaq tapılıb.
Palitranews.az ted.az-a istinadən bildirir ki, üz tanıma texnologiyasından istifadə edərək qaçırılan oğlan ailəyə qaytarılıb.

Mao Yin adlı oğlan 1988-ci ildə Shaanxi əyalətindəki Sian şəhərində yerləşən oteldən qaçırılıb.
Daha sonra 2 yaşlı Maonu qonşu şəhər Siçuanda yaşayan uşaqsız cütlüyə satıblar.
Aprelin sonunda Siani polisi Siçuanda yaşayan kişinin 1980-ci illərdə Shaanxi əyalətindən hansısa uşağı satın aldığı barədə mesaj alıb. Çin polisi Mao-nun uşaqlıq şəklini təhlil etmək üçün üz tanıma texnologiyasından istifadə edərək 30 yaşlı Maonun görüntüsünü əldə ediblər. Həmin görüntü milli bazadakı şəkillərlə müqayisə edilib. Bir sıra araşdırmalardan sonra polis Mianyan şəhərində Maoya bənzər bir adamı tapıb. DNA testi sayəsində tapılan insanın 32 il əvvəl oğurlanan uşaq olduğu ortaya çıxıb.

34 yaşındakı Mao hadisə ilə bağlı yaradılan mətbuat konfransında bioloji valideynləri ilə tanış olub və artıq onlarla birlikdə yaşayacağını deyib.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Bu ölkədə hər həftə 2-3 nəfər İslamı qəbul edir
25.05.2020
Yaxın 100 ildə bu xərçəng növü yoxa çıxacaq
24.05.2020
“Komandaya götürmədim, gedib sədr oldu“
24.05.2020
“Mövlana” sözünün mənası nədir və kimə deyilir?
24.05.2020
Hitlerə məxsus olduğu iddia edilən timsah ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
3 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
4 Qiyməli pendirli yemək resepti -VİDEO
5 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info