AVCİYA “Freedom House“la bağlı etiraz bəyanatı yaydı
Tarix: 14.10.2013 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "Freedom House" beynəlxalq hüquq müdafiəsi təşkilatının prezidenti Devid Kremerin Azərbaycan Respublikasında 9 oktyabr, 2013-cü ildə keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli mövqeyinə dair bəyanat verib.
“Palitra”nın Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına istinadən verdiyi məlumata görə, AVCİYA prezident seçkilərinin daha demokratik və şəffaf keçirilməsi, seçki praktikasının təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə bu ilin əvvəlindən başlayaraq ölkə üzrə geniş fəaliyyət proqramı həyata keçirib. Seçki öncəsi respublikadakı ictimai-siyasi mühit təhlil edilib, 12 qəzetin monitorinqi aparılaraq 6 bülleten nəşr edilib. Assosiasiya seçki günü 118 DSK-nın 4813 məntəqəsində seçkiləri müşahidə edib, bu işin təşkili prosesində regionlarda 95 seminar keçirilib, 5 min tirajla "Müşahidəçilər üçün yaddaş" kitabçası nəşr edilib. 2013-cü il sentyabrın 15-də "Aralıq hesabat" ictimaiyyətə təqdim edilib.
AVCİYA Seçki Qərargahının üzvləri seçki ərəfəsi Avropa Şurası və ATƏT- in Bakı ofisi ilə əməkdaşlıq edib, Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq müşahidə missiyaları ilə Bakıda və regionlarda 6 görüş keçirib, geniş fikir mübadilələri aparıblar. Prezident seçkisindən bir gün əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun dəvətilə beynəlxalq müşahidə missiyası ilə görüşdə iştirak edən AVCİYA nümayəndəsi həmin qurumun aralıq hesabatlarında yer almış əsassız iddiaları faktlarla təkzib edib. Təşviqat kampaniyasının Fransada 22 gün, İspaniyada 15 gün və digər Avropa ölkələrinin əksəriyyətində də bu cür olduğu halda Azərbaycanda seçki təşviqat kampaniyasının 23 gün olmasının tənqid olunması heç bir məntiqə uyğun gəlmir.
Prezident seçkilərindən dərhal sonra dünyanın aparıcı dövlət başçılarının seçkilərdə qazandığı parlaq qələbə münasibətilə Azərbaycan Respublikası Prezidentini təbrik etdiyi bir vaxtda, təəssüf ki, "Freedom House" beynəlxalq hüquq müdafiəsi təşkilatının prezidenti D.Kremer ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun açıqladığı qərəzli yanaşmaya oxşar, heç bir sağlam məntiqə uyğun olmayan mövqe ortaya qoyub. Onun Avropa İttifaqından Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi, viza rejiminin sadələşdirilməsinə dair danışıqları dayandırmağı tələb etməsi isə beynəlxalq hüquq normalarının kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Bütün bunlar "Freedom House" təşkilatının Azərbaycan hakimiyyətinə qarşı qərəzli mövqe tutmaqda davam etdiyini göstərir.
AVCİYA Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun olaraq, şəffaf və ədalətli keçdiyini, seçki mühitinin əvvəlki illərlə müqayisədə daha stabil, konstruktiv, demokratik olduğunu bəyan edir və "Freedom House" beynəlxalq hüquq müdafiəsi təşkilatının prezidenti D.Kremerin seçkilərlə bağlı qərəzli mövqeyini kəskin şəkildə pisləyir.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub
21.02.2019
Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info