Florida ştatının Hallandeyl şəhərində mayın 28-i Azərbaycan Respublika Günü elan olunub
Tarix: 22.05.2020 | Saat: 09:07:00 | E-mail | Çapa göndər


Florida ştatının Hallandeyl şəhərinin meri Coy Kuper 2020-ci il mayın 28-nin Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, mer C.Kuper ofisin digər rəsmiləri ilə birlikdə sakinlərlə mayın 20-də keçirdiyi virtual görüşdə Bəyannaməni Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təsisçisi və prezidenti, soydaşımız Töhfə Eminovaya təqdim edib və təşəbbüsü üçün təşəkkürünü bildirib. Görüş zamanı mer Kuper Bəyannamənin mətnini oxuyaraq izləyicilərin diqqətinə çatdırıb.
Bəyannamədə ABŞ-da yaşayan azərbaycanlıların Floridada yüksək fəallığı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfələri, 2006-cı il oktyabrın 26-da təsis edilmiş Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolu qeyd edilib.

Daha sonra mətndə Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olduğu və ABŞ da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanındığı yazılır.
C.Kuper hər il 40 milyondan çox azərbaycanlının və 400 min azərbaycanlı amerikalıların bu bayramı qeyd etdiyini, Cümhuriyyət qurucularının töhfələrini, Qafqaz regionunda və daha böyük bölgələrdə azadlıq və demokratiyanın yayılmasında rolunu vurğulayıb.
Sənəddə mayın 28-nin təkcə 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü olmadığı, eyni zamanda, bunun ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib. Azərbaycan Respublikası ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi fəaliyyətini davam etdirir və başqalarını bəşəriyyət və demokratiyanın ümumi dəyərləri haqqında məlumatlandırır.
Sonda mer Kuper 2020-ci il mayın 28-ni Azərbaycan Respublika Günü elan edərək Hallandeyl şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.
Çıxışında C.Kuper Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə ABŞ-da yaşayan Azərbaycan icması və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin birgə keçirəcəyi virtual tədbirə dəvətə görə təşəkkürünü bildirib və mer ofisinin iştirak etməkdən məmnun olacağını diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
31.05.2020
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info