“AzerGold” Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub
Tarix: 22.05.2020 | Saat: 09:11:00 | E-mail | Çapa göndər


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) həyata keçirdiyi intensiv kəşfiyyat işləri nəticəsində Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl və gümüş yatağınının metal resurslarının 47 faiz həcmdə artımına nail olub.
“AzerGold”dan verilən məlumata görə, öncə aparılmış kəşfiyyat işləri nəticəsində Çovdar yatağının qızıl resurslarının həcmi 1127.5 min unsiya (və ya 35 ton) təşkil edirdi. Hazırda yatağın üst hissəsinin istismarı çərçivəsində hasilat işləri uğurla aparılır. Yatağın dərin qatlarında filiz həcmi üzrə göstəricilərin, bununla da layihənin iqtisadi səmərəliliyinin artırılması məqsədi ilə Cəmiyyət tərəfindən 2018-2019-cu illərdə genişmiqyaslı buruq-qazma əməliyyatları aparılıb, ümumilikdə 28 min metrdən çox dərinlikdə 145 geoloji quyu qazılıb. Nəticədə, yatağın resurları 533.5 min unsiya (və ya 16,5 ton) həcmində artırılmış və bu rəqəmlər beynəlxalq ekspertlər tərəfindən təsdiqlənib. Beləliklə, hazırda "Çovdar" yatağının ümumi resurslarının həcmi 1661.0 min unsiya (və ya 51,5 ton) qızıl kimi hesablanır”, - məlumatda qeyd edilir.

Xatırladaq ki, "Çovdar" yatağının birinci - yerüstü mərhələsinin istismarı 2017-cı ildən etibarən həyata keçirilir. Hazırda yatağın ikinci - dərin qatlarının istismarı mərhələsi üzrə texniki və iqtisadi tədqiqat işləri beynəlxalq məsləhətçi şirkətin nəzarəti ilə həyata keçirilir və yaxın gələcəkdə layihə üzrə Texniki-İqtisadi Əsaslandırma və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərinin hazırlanmasıüzrə işlərin yekunlaşdırılması gözlənilir. İkinci mərhələnin icrasına 2024-cü başlanılması planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Azərbaycan neftinin bir barreli 36 dollara satılır
27.05.2020
Azərbaycanın METAK şirkəti yeni bazarlara çıxmağı planlaşdırır
26.05.2020
Daha ehtiyacımız böyük deyil – Buğda idxalını 60 faiz azaltmışıq
26.05.2020
Zaqatalanın çay plantasiyalarında mövsümün ilk məhsulu yığılır
26.05.2020
Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info