BDU-nun Psixoloji Yardım Sektoru fərdi konsultasiyalara başlayıb
Tarix: 22.05.2020 | Saat: 10:33:00 | E-mail | Çapa göndər




Azərbaycan ali məktəbləri arasında ilk dəfə olaraq Bakı Dövlət Universitetində (BDU) hələ 2019-cu ilin dekabrında yaradılan Psixoloji Yardım Sektoru COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə elan olunan karantin rejimi dövründə evdə qalan tələbələrin, eləcə də əməkdaşların mənəvi-psixoloji vəziyyətini nəzərə alaraq rəsmi instagram səhifəsi vasitəsilə onlara psixoloji dəstək göstərir.
Məsafədən dəstək göstərdiyi müddət ərzində Psixoloji Yardım Sektoruna BDU-nun 150-yə qədər əməkdaş və tələbəsi müraciət edib. Ən çox müraciət insanların koronavirus infeksiyasına yoluxma qorxusu, fobia, həyəcan pozuntuları, özünəqapanma, qidalanma pozuntuları, virusun təkrarlanma ehtimalından yaranan diskomfort, depressiya, sağlamlıqla bağlı narahatlıq və emosional gərginliklərlə bağlı olub.
Psixoloji Yardım Sektoru bu gündən Universitetin əməkdaş və tələbələri üçün psixoloji müayinə və fərdi konsultasiyalara start verir. Konsultasiyalarda əsas məqsəd ehtiyacı olan əməkdaş və tələbələrin psixoloji problemləri ilə tək qoymamaq, onlara mənəvi dəstək olmaq, ruh yüksəkliyini təmin etməyə kömək etməkdir.
Ətraflı məlumat və qeydiyyat üçün: (+994 77) 304 24 48




 
Bölməyə aid digər xəbərlər
29.10.2020
“VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib
29.10.2020
“Amnesty International“ Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqlədi
29.10.2020
Bərdənin qisası alınır: Dinc əhalimizi atəşə tutan düşmən bölmələri Ordumuz tərəfindən darmadağın edilir
29.10.2020
Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov
29.10.2020
Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - MN

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info