Tahir Kərimli: “Öz kəndlərinizdə belə, seçkini uduzdunuz”
Tarix: 14.10.2013 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


“Haray-həşir qoparmağa haqqınız yoxdur”

“Milli şura” seçkilərdə məğlubiyyətindən sonra hələ də əsa ilə ayaqda durmağa çalışan bir şikəst birlik son günlərini yaşayır. Cəmil Həsənlinin məğlubiyyətdən sonra mitinq təşkil edib oradan bəzi anormal mesajlar verməsi isə bu qurumun hansı səbəbdən hələ də ayaqda qaldığını üzə çıxardı. Onsuz da Cəmil Həsənli debatlarda, çıxışlarında öz sözünü demirdi. Siyasi şərhçilərin böyük qismi bildirirdilər ki, o əlində olan hazır ssenariyə uyğun hərəkət edir ki, bu ssenari də xaricdən yazılır. Mitinqdən sonra onun xarici turneyə çıxıb, “hesabat” verməyə getməsi isə bütün məsələlərə aydınlıq gətirmiş oldu.
Vəhdət Partiyasının sədri, bir vaxtlar sözügedən qüvvələrlə bir düşərgədə olmuş Tahir Kərimli haqqında söhbət açdığımız məsələni “Palitra”ya şərh edərək, radikalların düşdükləri durumdan danışdı. O, bütün siyasi proseslərin qanunauyğunluqla inkişaf etdiyini dedi: “Artıq müxalifətin xarici qüvvələrdən asılılığı, onların başqalarının “sözünü” deməsi açıq müstəviyə keçir. Əslində xaricə hesabatlılıq, bəzi xarici dairələrlə məsləhətləşmək həmişə var idi. Sadəcə olaraq seçkilərdən sonra “milli şura” rəhbərləri bu istiqamətdə aşkar şəkildə addımlar atmağa başlayırlar. Məğlubiyyət göz önündədir. Bunlarda üz də var. Necə cəsarət edib deyə bilirlər ki, mən qalib gəlmişəm!? Əvvəla, seçki marafonunda heç bir yadda qalan təbliğat-təşviqat işləri görmədilər. İkincisi də, Əgər Cəmil Həsənli öz doğma kəndindən səs toplaya bilmisənsə, elə həmin kənddən İlham Əliyevə 2500-dən artıq səs gəlirsə, deməli məğlubiyyətini etiraf etməli idin. Yəni, Prezident İlham Əliyev sənin öz ana yurdundan səndən beş dəfədən artıq səs ala bildisə, haqqın yoxdur ki, haray-həşir qoparasan... Öz kəndində uda bilməyən adam ölkə üzrə necə böyük faizlə səs toplayacaq? Sənin komandan necə iddia edə bilər ki, qalibdirlər? Bunu xaricilər bilmirlər? Onlar hər şeyi çox gözəl anlayırlar və buradakı inkişafı, insanların kimə daha çox rəğbət bəslədiyini bilirlər. Onu da bilirlər ki, müxalifət ölkədə sosial dayaqlarını itirib. Əgər İsa Qəmbər və Əli Kərimlinin gücü olsaydı onlar özləri namizədliklərini verərdilər. Xarici qüvvələr bunu da yaxşı bilirlər”.
Tahir Kərimli onu da vurğuladı ki, Cəmil Həsənlinin seçki biabırçılığının arxasında elə öz komandasının yarıtmaz fəaliyyəti durur. O, hələ də ortada oyuncaq kimi oynadıldığından da xəbərsizdir: “İndi, guya özlərinə ziyalı adı ilə yeni lider seçiblər. Görünür, Rüstəm İbrahimbəyov biabırçılığını tam ört-basdır etmək istəyirlər. Həmin keçmiş lideri ki, deyirdi “Bakıda mən olmalıyam yoxsa müxalifət milyonlarla pulu haradan tapacaq”. Axırı necə oldu? Cəmi 3 min manat Cəmil Həsənlinin hesabına pul köçürdü. Bəs, o beş milyon vədin necə oldu? Yəni qısası seçki ilə bağlı olan vədlərin hamısı yalan üzərində qurulmuşdu. Görünür, xaricdən müəyyən texnoloqlar bunları yönəldirlər. İndi xarici turneyə çıxmısan. Gedib nə hesabatları verəcəksən axı? İnsan öz dövlətindən xaricə şikayət edər? Mən də vaxtilə müxalifətdə olmuşam. Amma ən ağır situasiyalara düşəndə belə, ağlıma gətirmirdim ki, öz dövlətimdən xarici qüvvələrə şikayət edim. Özünün mənliyi olan hər bir siyasətçi belə düşünür. Axı bu hərəkətlər, addımların mənası, məğzi nədir? Bununla nəyi dəyişə bilərsən? Axı, seçkinin nəticələri o dərəcədə güclü alınıb ki, bunu dəyişmək də mümkün deyildi. Bu seçki hamının gözü önündə oldu. Cəmil Həsənli, sənin səsin oğurlanmayıb... Heç sənə verilən səsə heç kimin ehtiyacı da olmayıb”.
Partiya sədrinin sözlərinə görə Cəmil Həsənli də yaxşı bilirdi ki, seçkiyə gedəndə uduzacaq. Hazırlıqsız getmələri bir yana, insanların onlara olan rəğbəti də qalmamışdı: “Siz ora prezident seçkilərində qalib gəlmək üçün getmirdiniz və bunu özünüz də yaxşı bilirdiniz. Öz siyasi hikkənizi həyata keçirməyə cəhd edirdiniz. Narazı elektoratı ələ ala bilməyəndən sonra, xaricdəki havadarlara diqqəti daha çox ayırdınız. Bunlar həmin havadarlardırlar ki, demokratiya adı altında ərəb ölkələrində cəhənnəmlər yaradıb, onları inkişaf cəhətdən ən azı 30 dəfə geri atdılar. Sadəcə olaraq hazırkı cəhdləriniz buna hesablanıb- həmin xarici qüvvələrə göstərmək istəyirlər ki, onların ərəb ssenarisini burada təkrarlamaq üçün belə potensialları var. Qısası hər şey, hər kəsə gün kimi aydın oldu, artıq!”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info