Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı təşkil olunacaq
Tarix: 14.10.2013 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə 21-25 oktyabr 2013-cü il tarixlərində ölkənin ilk Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı təşkil olunacaq. Dörd günlük konfrans Azərbaycan da daxil olmaqla, hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 tələbə və məzunları bir araya gətirəcək. Seçilmiş namizədlər qlobal təhlükəsizlik məsələlərində zəngin təcrübəyə malik keçmiş və hazırkı diplomatların olacağı, BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə hazırlanmış iki günlük konfrans öncəsi təlim seminarında iştirak edəcəklər. Daha sonra onlar Kiber Təhlükəsizlik üzrə BMT TŞ-nın simulyasiya sessiyasına qatılacaqlar. Tədbir ərəfəsində konfransın Prezidenti Hannah Moosa Azərbaycanda səfərdədir. Səfərin məqsədi konfrans ərəfəsində yerli iştirakçıların bilik və bacarıqlarının artırılması istiqamətində olan təlimlərdə və konfransın işçi sənədlərinin hazırlanmasında yaxından iştirak etməkdir. Toronto Universitetinin Siyasi elmlər fakültəsinin PhD doktoru olan və münaqişələrin qarşısının alınması, regional inteqrasiya, əməkdaşlığın təşviqi istiqamətlərində elmi araşdırmalar aparan Hannah Moosanın eyni zamanda BMT Təhlükəsizlik Şurası Model Konfranslarının keçirilməsində 12 illik təcrübəsi var. Konfransda nümayəndə kimi fəaliyyətə başlayan Hannah Moosa müxtəlif vaxtlarda ABŞ, Kanada, İsveçrə, Cənubi Afrika Respublikasında keçrilən BMT Model Konfranslarında direktor koməkçisi, direktor, təşkilatçı vəzifələrini icra edib. O, eyni zamanda 2009-cu ildə BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən təşkil olunan Birinci Qlobal BMT Model Konfransının (GMUN 2009) icraçı direktoru olub.
Qeyd edək ki, BMT Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparırlar. Daha çox “nümayəndə heyəti” kimi tanınan tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, konfliktləri həll edirlər.

İlkin





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info