Paytaxtda ən çox yoluxma halları Yasamal, Nəsimi və Sabunçuda qeydə alınıb
Tarix: 22.05.2020 | Saat: 18:25:00 | E-mail | Çapa göndər



Paytaxtda ən çox yoluxma faktı Yasamalda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 16 faizi həmin rayonun payına düşür.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, Nəsimi rayonunda bu rəqəm 14,8, Sabunçuda 13,8, Nərimanovda 11,3, Binəqədidə 10,6, Xətaidə 9,4, Qaradağda 8,4, Suraxanıda 5,4, Nizamidə 4,9, Xəzərdə 3,1, Səbaildə 1,8, Pirallahıda 0,4 faizə bərabərdir.
O, həmçinin deyib: “Günlər ərzində 7 minə yaxın testlər icra olunub. Müsbət nəticələrin ümumi müayinələrdə payı 1,5 faizə yaxındır. Həftəlik orta rəqəm isə təxminən 2,4 faiz təşkil edir. Ümumi testlərdə müsbət nəticələrin payı sərt karantin rejimi ilə müqayisədə 0,3-0,5 faizdən 2,4 faizə qədər yüksəlib. Ötən həftə isə bu nisbət 2,9 faizə qədər artıb”.




 
Bölməyə aid digər xəbərlər
29.10.2020
Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir
29.10.2020
Azərbaycanı öz haqq yolundan heç bir qüvvə çəkindirə bilməz
28.10.2020
Onlar elə bilirlər ki, bizi qorxudacaqlar, amma... - Erməni raketinin yaraladığı Bərdə sakinləri danışır
28.10.2020
“Mediada kibertəhlükəsizlik” mövzusunda təlim keçirilib
28.10.2020
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info