Gömrük sahəsində akademik və təlimlər üzrə yeni əməkdaşlıq imkanları müzakirə edilib
Tarix: 22.05.2020 | Saat: 23:48:00 | E-mail | Çapa göndər



Dövlət Gömrük Komitəsinin Akademiyasının təşəbbüsü ilə Türkiyənin Azərbaycandakı səfirliyi və Gömrük Akademiyası arasında iki ölkənin gömrük sahəsində akademik və təlimlər üzrə yeni əməkdaşlıq imkanları videokonfrans formatında müzakirə edilib.
Videokonfransda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin gömrük müşaviri Eser Çengel, səfirliyin əməkdaşı Cengiz Güneş, Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Akademiyanın rəisi Qulu Novruzov səfir Erkan Özorala Dövlət Gömrük Komitəsinin rəhbərliyinin salamını çatdırıb və Akademiyanın təşəbbüsünə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Akademiya rəisi Azərbaycan və Türkiyə arasında gömrük təlimləri sahəsində əvvəllər də bir sıra layihələrin reallaşdırıldığını bildirib.
Yeni tərəfdaşlıqların qurulmasının və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Qulu Novruzov Türkiyədə gömrük və əlaqədar sahələrdə akademik, təlim və tədqiqat proqramları üzrə ixtisaslaşmış ali təhsil müəssisələri ilə Gömrük Akademiyası arasında əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Müzakirələr zamanı Gömrük Akademiyası ilə Türkiyə Respublikasının Ticarət Nazirliyinin Tədris Mərkəzi, eləcə də digər müvafiq strukturlar arasında gömrük təlimləri və kadr hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Qarşılıqlı əməkdaşlığın Azərbaycan və Türkiyənin gömrük kadrlarının potensialının, bilik və bacarıqlarının artırılmasına xidmət edəcəyi, həmçinin iki qardaş ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.
Görüşdə Akademiyanın yaranma tarixi və fəaliyyəti, tədris olunan ixtisaslar haqqında da məlumat verilib. Artıq Akademiyada magistraturaya qəbulun da aparıldığını, növbəti tədris ilindən yeni "beynəlxalq ticarət və logistika" ixtisasının açılacağı diqqətə çatdırılıb.
Səfir Erkan Özoral irəli sürülən təşəbbüsə görə Gömrük Akademiyasına təşəkkürünü bildirib. Erkan Özoral Azərbaycan və Türkiyə arasındakı münasibətlərin "İki dövlət, bir millət" şüarı altında inkişafından məmnunluğunu bildirib. Səfir Dövlət Gömrük Komitəsi ilə səfirliyin geniş əməkdaşlığından söz açaraq vurğulayıb ki, Gömrük Akademiyası ilə Türkiyənin müvafiq qurumları arasında əlaqələrin yaradılmasına dəstək verməyə hazırdır. O, iki ölkə arasında bu sahədə akademik, tədqiqat və təlimlər üzrə yeni əlaqələr qurulmasına, əməkdaşlığın inkişaf etdirilməsinə, qarşılıqlı faydalı proqramların və layihələrin reallaşdırılmasına lazımı dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Səfirliyin gömrük müşaviri Eser Çengel əvvəlki illərdə həyata keçirilmiş birgə tədbirlər haqda məlumat verərək, Türkiyə Respublikasının Ticarət Nazirliyinin gömrük sahəsində təlim-tədris istiqamətində yeni əlaqələrinin qurulması və inkişaf etdirilməsi üçün çox önəmli bir potensialının olduğunu qeyd edib. Eser Çengel Gömrük Akademiyasına bu istiqamətdə başlatdığı təşəbbüsə görə təşəkkürünü bildirib, qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Videokonfransda qarşılıqlı əməkdaşlıq istiqamətində təkliflər geniş müzakirə olunub və növbəti onlayn görüşlərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?
25.09.2020
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib
25.09.2020
ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info