Kavasaki sindromunun ən qorxulu ağırlaşması...
Tarix: 23.05.2020 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Kavasaki sindromu 5 yaşına qədər uşaqlarda rast gəlinən, dəri səpkiləri, yüksək hərarət, limfa düyünlərinin böyüməsi, ürəyin və iri damarların iltihabı ilə müşayiət olunan xəstəlikdir. İlk dəfə olaraq xəstəliyi ötən əsrin 60-cı illərinin axırlarında yapon psixiatrı Tomisaku Kavasaki aşkar edib.
Milli.Az bildirir ki, bu sözləri həkim-kardioloq Nərgiz Məmmədova AZƏRTAC-a deyib: "Kavasaki sindromu adətən 2 aylıqdan 5 yaşa qədər uşaqlarda, bəzən də yeniyetmələrdə inkişaf edir. Oğlan uşaqları qızlara nisbətən həmin xəstəliyə iki dəfə çox tutulur. Xəstəliyin etiologiyası məlum olmasa da, onun infeksion xarakterdə olduğu güman edilir. Sindromun inkişafını bakteriya, virus və ətraf mühitin digər infeksion faktorları ilə əlaqələndirən nəzəriyyələr də var.
Xəstəlik bədən hərarətinin 40 dərəcəyə yüksəlməsi ilə başlayır. Temperatur vaxtaşırı 38,5 dərəcəyə qədər enir, lakin həmin göstəricidən aşağı düşmür. Xəstə uşaqlar yuxuya meyilli olurlar, bəzən də qarında əmələ gələn ağrılardan şikayətlənirlər. Dəridə, xüsusən də paltara sürtülən nahiyələrdə ocaqlı səpkilər əmələ gəlir. Bir-iki gün ərzində səpkilər selikli qişalara - ağız boşluğu və hətta uşaqlıq yoluna yayılır. Uşağın boğazı qızarır, dodaqları quruyur və çatlayır, dili moruğu-qırmızı rəng alır. Ovuclar və ayaqların altı qızarır, bəzən də ödemləşir, gözlərdə irinsiz konyunktivit əmələ gəlir. Xəstəliyin başlanğıcından 10-20 gün sonra əl və ayaqların dərisi soyulmağa başlayır. Çox vaxt boyun limfa düyünləri böyüyür və ağrılı olur".
O, xəstəliyin gedişi barədə də məlumat verib: "Tac damarları ilə yanaşı, başqa orqanizmdə bütün damarlarda vaskulitlər inkişaf edir. Kavasaki sindromunun ən qorxulu ağırlaşması koronar arteriyaların vaskulitidir. Kardial ağırlaşmalar uşaqlarda adətən xəstəliyin 2-4-cü həftəsində yaranır. Koronar arteriyalarda yaranan dilatasiya anevrizma və miokard infarktı ilə ağırlaşa bilər. Digər ağırlaşmalar arasında beynin yumşaq qişasının, oynaqların və öd kisəsinin iltihabı qeyd edilir. Onlar qalıq əlamətləri vermədən sağalır.
Koronar arteriyaların zədələnməsi yüngül olduqda xəstədə tam sağalma gedir. Kiçik anevrizmalar bir il ərzində izsiz itib gedir, bir az dərin zədələnmələr uzun illər sonra ürək patologiyalarına səbəb olur. Kavasaki sindromu ağır gedişinə və təhlükəli simptomlarına baxmayaraq müalicəyə tez tabe olur", - deyə həkim-kardioloq söhbətini yekunlaşdırıb.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Koronavirusa yoluxanların 80 faizi xəstəliyi simptomlar olmadan keçirir
04.06.2020
“Həkimlərimizi tanıyın!”: Mama-ginekoloq, t.f.d.Təranə Bayramova
03.06.2020
“Sonsuzluğun müasir müalicə metodları“
01.06.2020
Uzun ömürlülərin içkisi – Mədəaltı vəzini bərpa edir
31.05.2020
“Bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info