Tələbələrdən təhsil haqqı tələbi ilə bağlı açıqlama
Tarix: 23.05.2020 | Saat: 11:04:00 | E-mail | Çapa göndər


Təhsil naziri Ceyhun Bayramov bəzi universitetlər tərəfindən tələbələrdən təhsil haqqının tələb edilməsinə münasibət bildirib.
Trend-in məlumatına görə, C.Bayramov deyib ki, pandemiya dövründə tələbələrin məsafədən bilik əldə etməsi üçün bütün işlər ali təhsil müəssisəsinin işçiləri tərəfindən görülüb. Məktəblər tərəfindən qısa müddətdə məzmunun çatdırılması üçün elektron xidmətlər göstərilib:
"Ona görə də təhsil haqqının tələb edilməsini normal qəbul etməliyik. Bu işlərin hamısını məktəblərin professor-müəllim heyəti, orada çalışan texniki heyət təqdim edib. Bir çox hallarda onlar üçün məsafədən məzmunun təqdim edilməsi ənənəvi formada təqdim edilmədən daha çətin olur. Çünki ənənəvi formada məzmunun təqdim edilməsi onların uzun illər ərzində öyrəşdikləri ünsiyyət formatıdır. Amma onlayn fomada məzmunun çatıdırılmasının özünün özəlllikləri, standartları var.
Bu halda məzmun yığcam təqdim edilməli, interaktivlik formatı olmalıdır. Bu işlər davamlı olaraq, görülüb. Əgər bu işlər görülməsəydi, 100 minlərlə tələbəmiz onlayn dərslərə cəlb edilə bilməzdi. Mən deyə bilmərəm ki, ali məktəblərdə çalışan insanların iş həcmi azalıb. Əksinə, bu iş onlar üçün daha mürəkkəb olub. Çünki onlar öyrəşdikləri formatdan daha fərqli formatda fəaliyyət göstərirlər".
Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycanda martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırılıb.




 
Bölməyə aid digər xəbərlər
21.10.2020
Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
20.10.2020
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
17.10.2020
34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
16.10.2020
“Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
16.10.2020
Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Narşərab salatı
2 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
3 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
4 Xudatda əsgər ailələrinə yardım paylanılıb
5 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info