Azərbaycanda kənd təsərrüfatının istehsalı 3,8 faiz artıb
Tarix: 23.05.2020 | Saat: 11:33:00 | E-mail | Çapa göndər


2020-ci ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 415,3 milyon manat təşkil edib ki, onun da 1315,9 milyon manatı heyvandarlıq, 99,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,8 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 13,5 faiz artıb.
Təsərrüfatlarda yanvar-aprel aylarında 43,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz çox kartof və 107,0 min ton və yaxud 16,7 faiz çox tərəvəz məhsulları istehsal edilib.
Ölkədə yaz-tarla işləri aparılır və 2020-ci il may ayının 1-nə kimi 295,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 39,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 19,1 min hektarda dən üçün qarğıdalı), 52,1 min hektar sahədə kartof, 48,3 min hektar sahədə tərəvəz, 14,7 min hektar sahədə bostan bitkiləri, 71,4 min hektar sahədə pambıq, 4,7 min hektar sahədə şəkər çuğunduru, 9,0 min hektar sahədə dən üçün günəbaxan, 0,9 min hektar sahədə tütün, 52,4 min hektar sahədə çoxillik otlar, 0,6 min hektar sahədə birillik otlar və 2,0 min hektar sahədə sair yazlıq bitkilər əkilib.




 
Bölməyə aid digər xəbərlər
21.10.2020
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
20.10.2020
Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib
20.10.2020
“Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması məsələlərinə baxılır - Nazir
20.10.2020
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır
20.10.2020
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları Azərbaycana illik 368 milyon kVt/saat enerji istehsalına imkan yaradacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
3 “Bizdən bunu etməyi gözləməyin!“
4 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
5 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info