Astaralı Qarabağ qaziləri Prezidentə minnətdarlıq ediblər
Tarix: 23.05.2020 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


Əziz Prezidentimiz, cənab Ali Baş Komandan!
Dünyanı bürüyən koronavirus pandemiyasından xalqımızı qorumaqdan ötrü atdığınız qətiyyətli addımlar, vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər biz Qarabağ qazilərini Sizə minnətdarlıq etməyə, böyük sevgimizi bildirməyə sövq etdi.
Cənab Prezident!
Biz müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Biz düşməni görüb üzərinə getmişik. Sizin bu gün bütün bəşəriyyəti sarsıdan, qorxulu və gözəgörünməz düşmənlə mübarizədə xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin etməyiniz, sözlə ifadə edilməsi mümkün olmayan ən böyük QƏHRƏMANLIQDIR. Dünyanın ən güclü dövlətləri bu xəstəliklə mübarizədə böyük itkilər verdiyi halda, Azərbaycan xalqı və dövləti Sizin rəhbərliyinizlə cüzi itkilərlə bu təhlükəni adlamaqdadır. Yoluxma riski böyük olan sərhəd bölgəsinin vətəndaşları olaraq tam normal, heç bir xəstəlik təhlükəsi hiss etmədən həyatımıza davam ediriksə, demək xalqımız rəhbərliyinizlə artıq bu qorxunc xəstəliyə qalib gəlibdir.
Cənab Prezident!
Əslində Siz bütün cəbhələrdə qalibsiniz və biz qalib Prezidentimizlə həmişə fəxr edirik. Hər dəfə siyasət meydanlarında məntiqli fikirləriniz, tutarlı sübutlarınız qarşısında çaş-baş qalan Ermənistan rəhbərliyini gülünc vəziyyətdə görüncə Sizə inamımız, sevgimiz, rəğbət və ehtiramımız birə min artır.
Cənab Ali Baş Komandan!
İnanırıq ki, dönməz iradəniz və qətiyyətinizlə işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək, müqəddəs bayrağımız qədim Şuşada, Xankəndində əzəmətlə dalğalanacaqdır. Bütün Azərbaycan xalqı kimi, biz Qarabağ qaziləri də bu yolda hər an Sizinləyik və Sizin hər bir əmrinizə müsəlləh əsgər kimi hazırıq.
Allah Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,
Astara rayonunun Qarabağ qaziləri






 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Bakıda bağ evlərinin icarə qiymətləri artacaq
25.05.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olublar
25.05.2020
Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb
24.05.2020
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı
24.05.2020
Yardımlı RİH bayram sovqatı paylayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info