Aqrar sahədə innovasiyalar sahəsində Azərbaycan-Rusiya əməkdaşlığına dair iclas keçirilib
Tarix: 23.05.2020 | Saat: 15:53:00 | E-mail | Çapa göndər



Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes klubunun bitkiçilik-heyvandarlıq sahəsində innovasiyalar və iki ölkə arasında bu istiqamətdə əməkdaşlığa həsr olunmuş onlayn formada növbəti iclası keçirilib. Tədbirdə hər iki ölkənin hökumət qurumlarının və biznes sektorlarının nümayəndələri iştirak ediblər.


İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlayn iclasda aqrar sahənin Rusiya ilə əlaqələrin prioritet istiqamətlərindən olduğunu vurğulayan Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev bu baxımdan toxum, gübrə, kənd təsərrüfatı texnikası, logistika və ticarət şəbəkələri ilə iş sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-nin nümayəndəsi Hikmət Hüseynov, Rusiyanın "Şelkovo Aqroxim" şirkətinin baş direktoru Salis Karakotov, "Viktoriya Esteyt" şirkətinin nümayəndəsi Vaxtanq Saqareşvili, “Kapital-PROK” ASC-nin baş direktoru Svetlana Tananova, “Rosselxozbank”ın nümayəndəsi Aleksey Bolşakov və digərləri təmsil etdikləri qurumların fəaliyyəti, aqrar sahədə biznes, innovasiyalar və s. məsələlərlə bağlı çıxış ediblər.
İclasda, həmçinin bitkiçilik və heyvandarlıqda innovasiyaların tətbiqi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
“Azərişıq” və “Azəriqaz” ucqar kəndlərdə birgə layihələrin icrasına başladı
05.06.2020
Dünyada neft-qaz qazma qurğularının sayı mayda 22 faiz azalıb
05.06.2020
Azərbaycan “OPEC+“ nazirlərinin iclasında iştirak edəcək
05.06.2020
“Su təsərrüfatı və meliorasiya işçiləri günü”nə həsr olunmuş video konfrans keçirilib
05.06.2020
Zərdabda 3 kəndin rayon mərkəzinə çıxışını təmin edən yol yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info