Oğuzun dağ çaylarında sahilbərkitmə işləri aparılır
Tarix: 23.05.2020 | Saat: 16:26:00 | E-mail | Çapa göndər



Oğuz rayonunun yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir.
Səhmdar Cəmiyyətin Oğuz rayon Suvarma Sistemləri İdarəsinin 2020-ci il üçün iş planına əsasən, Filfilli kəndinin və əkin sahələrinin sel-sularından mühafizəsi üçün hazırda Qalaçay sistemində 100 poqonmetr uzunluğunda daş-beton bəndin tikintisinə başlanılıb. Eyni zamanda, Daşağıl kəndinin və əkin sahələrinin mühafizəsi üçün ASC-nin tikinti təşkilatları tərəfindən hazırda Daşağıl çay sistemində də 100 poqonmetr uzunluğunda daş-beton bəndin tikintisi işləri həyata keçirilir. Çay yataqlarının və suvarma kanallarının təmizlənməsi üçün cari ilin yanvar-aprel aylarında idarə tərəfindən 223 min kubmetr həcmdə məcratəmizləmə və 132,6 min kubmetr həcmdə lildən təmizləmə işləri görülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Oğuz rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Əhmədov məlumat verib.

Ötən il Oğuzda suvarma kanalları vasitəsilə torpaq sahələrinə 30 milyon kubmetr su verilib

Qurum rəsmisi bildirib ki, hazırda Oğuz rayon Suvarma Sistemləri İdarəsinin balansında 10 min 643 hektar suvarılan torpaq sahəsi var. Bu torpaqların 5 min 417 hektarı əkin sahəsi, 1290 hektarı həyətyanı sahə, qalanı çoxillik əkmələrdir. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün rayonda 525 kilometr uzunluğunda torpaq suvarma kanalları mövcuddur. Bu kanalların 128 kilometri təsərrüfatlararası, 397 kilometri isə daxili kanallardır. Ötən il əkin sahələrinin suvarılması üçün bu kanallar vasitəsilə 30 milyon kubmetr suyun verilməsi təmin edilib. Bu ilin 4 ayında isə əkin sahələrinə 3,7 milyon kubmetrdən çox suvarma suyu verilib.

Oğuz kəndarxı kanalına beton üzlük çəkilir

İdarə rəisi bildirib ki, əkin sahələrinin suvarılmasını təmin edən torpaq kanallarda su itkisinin qarşısının alınması məqsədilə kanalların beton üzlüyə alınması istiqamətində də işlər görülür. Hazırda rayon ərazisindən keçən 9 kilometr uzunluğunda Oğuz kəndarxı kanalının beton üzlüyə alınması işləri davam etdirilir. Keçən il kanalın Oğuz şəhəri ərazisindən keçən 1,6 kilometrlik hissəsində betonlama işləri görülüb. Bu il kanal üzərində 2 ədəd avtomobil keçid körpüsünün tikintisi, həmçinin kanalın bir kilometrlik hissəsinin beton üzlüyə alınması nəzərdə tutulur və hazırda tikinti işləri aparılır.

Nizami Əhmədovun sözlərinə görə, 2020-2025-ci illər üçün hazırlanan inkişaf konsepsiyası proqramında suvarma kanallarında su itkisinin qarşısının alınması məqsədilə gələcəkdə Oğuz rayonunda da magistral suvarma kanallarının beton üzlüyə alınması nəzərdə tutulur.

Ötən il Qalaçay və Daşağıl çay sistemlərində 300 poqonmetr uzunluğunda daş-beton bəndlər tikilib


Qurum rəsmisi bildirib ki, hazırda idarənin balansında 8001,5 poqonmetr uzunluğunda daş-beton bəndlər mövcuddur. Rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri davamlı xarakter daşıyır. Təkcə ötən il Daşağıl çay sistemində 200, Qalaçay sistemində isə 100 poqonmetr uzunluğunda daş-beton bəndlər tikilib. Eyni zamanda, çay yataqlarında 959 min kubmetr həcmdə məcratəmizləmə, suvarma kanallarında isə 598,4 min kubmetr həcmdə lildən təmizləmə işləri həyata keçirilib. Mollalı kəndinin mühafizəsi üçün bu ilin ötən dövründə Türyançay sistemində 50 poqonmetr uzunluğunda qabion bənd quraşdırılıb. Xaçmaz kəndinin və əkin sahələrinin mühafizəsi üçün bu il Qalaçay sistemində 400 poqonmetr uzunluğunda mövcud daş-beton bəndlərdə təmir işlərinin aparılması da nəzərdə tutulur.

Bu il Oğuzda 10 subartezian quyusu qazılacaq


Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.

Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 13 aprel tarixli Sərəncamının icrası olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bu il Oğuz rayonunda 10 subartezian quyusunun qazılması nəzərdə tutulub. Quyuların qazılmasına yaxın vaxtlarda başlanılacaq. Bu quyuların istismara verilməsi nəticəsində rayonun 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək. Ümumiyyətlə, dövlətimizin başçısının imzaladığı sərəncamların icrası olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-2019-cu illər ərzində Oğuz rayonunda 37 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü
05.06.2020
Masallıda onlayn qaydada keçirilən “şeir” müsabiqəsinə yekun vuruldu
05.06.2020
İcaze.e-gov.az portalının fəaliyyəti yenidən aktiv edildi
04.06.2020
Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi
03.06.2020
Operativ Qərargah: Bu vəziyyət davam etsə, sərhədlərin açılması gözlənilmir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info