Koronavirusa həsr olunmuş tədqiqatlarla bağlı onlayn konfransa tezis qəbulu davam edir
Tarix: 23.05.2020 | Saat: 18:01:00 | E-mail | Çapa göndər



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfransa tezis qəbulu davam edir.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, konfrans “Yeni pandemiya və epidemiya təhlükələrinin qarşısının alınmasında müasir elmi biliklərin və innovativ texnologiyaların tətbiqi”, “Beynəlxalq əməkdaşlıq və milli biotəhlükəsizlik çağırışları”, “Təkamül və epidemiologiya, gələcək risklər”, “Viral müxtəliflik, koronaviruslar dünyası, onların təkamül dinamikası”, “Yeni koronavirusların yaranması və onlara qarşı immunitetin inkişafı üçün populyasion genom tədqiqatları” mövzularını əhatə edəcək. Eyni zamanda, ““COVID-19” pandemiyasının diaqnostika və müalicə üsulları”, “Viruslara qarşı mübarizədə peyvəndlərin, antiviral dərmanların, bitki təbiətli birləşmələrin tətbiqi”, “Epidemik alovlanmaların proqnozlaşdırılması, riyazi modellər”, “Pandemiyalar və bioetik problemlər”, “Mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin inkişaf perspektivləri” mövzuları üzrə müzakirələr aparılacaq.
Konfransda çıxış etmək istəyənlər tezislərini afig.mammadov@gmail.com elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində ““COVID-19” – konfrans” sözlərinin yazılması tələb olunur. Tezislər “Microsoft Word” A4 formatında, Arial pt 12 şrifti ilə sətirlərarası 1.15 interval qoyulmaqla 1 səhifə həcmində olmalıdır.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
İş yerini dəyişmək istəyən müəllimlərə xəbərdarlıq
05.06.2020
ADAU-da “Azərbaycanda çəltikçiliyin inkişafının aktual problemləri” mövzusunda onlayn konfrans
05.06.2020
Doktoranturaya qəbulun iyul-avqustda keçirilməsi nəzərdə tutulur
05.06.2020
40 mindən artıq tələbə dövlət imtahanından azad edilib
05.06.2020
Tələbələrin təhsil haqqı ilə bağlı müraciətləri gələn həftədən cavablandırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info