UNEC-də MBA proqramında 3 yeni ixtisas üzrə qəbul aparılacaq
Tarix: 23.05.2020 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin MBA proqramında magistratura səviyyəsində 3 yeni ixtisas üzrə kadr hazırlığı aparılacaq.
Belə ki, 2020/2021-ci tədris ilindən UNEC-in MBA proqramına “Beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi”, “Kibertəhlükəsizlik”, “Vergi idarəetməsi və vergi planlaşdırması” ixtisaslaşmaları üzrə magistr qəbulu həyata keçiriləcək.
Ötən tədris ilində də UNEC-ə 3 yeni ixtisaslaşma - “Biznes analitikası”, “Risklərin idarə edilməsi” və “Sosial media marketinqi” üzrə magistr qəbulu aparılıb və qəbul planı 100 faiz yerinə yetirilib. Beləliklə, UNEC-də 2020/2021-ci tədris ilində MBA proqramında 20 ixtisaslaşma üzrə kadr hazırlığı aparılacaq: Beynəlxalq biznes; Biznesin idarə edilməsi (ümumi təyinatlı); Biznes və data analitikası; İnsan resurslarının idarə edilməsi; Maliyyə; Marketinq; Menecment; Mühasibat uçotu; Qiymətlı kağızlar; Layihələrin idarə edilməsi; İdmanın idarə edilməsi; Bank və sığortanın idarə edilməsi; Mühəndislik və idarəetmə riskləri; Risklərin idarə olunması; Səhiyyənin idarəedilməsi; Turizm və otelçiliyin idarəedilməsi; Sosial media marketinqi; Beynəlxalq logistika və təchizat zəncirinin idarəedilməsi; Kiber təhlükəsizlik; Vergi idarəetməsi və vergi planlaşdırması. UNEC Biznes Məktəbində tədris 3 dildə (azərbaycan, rus, ingilis) Amerikanın və Avropanın beynəlxalq ixtisaslaşmış universitetlərinin tədris planına uyğun keçirilir.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
ADAU-da “Azərbaycanda çəltikçiliyin inkişafının aktual problemləri” mövzusunda onlayn konfrans
05.06.2020
Doktoranturaya qəbulun iyul-avqustda keçirilməsi nəzərdə tutulur
05.06.2020
40 mindən artıq tələbə dövlət imtahanından azad edilib
05.06.2020
Tələbələrin təhsil haqqı ilə bağlı müraciətləri gələn həftədən cavablandırılacaq
05.06.2020
Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info