Ölkənin istiqlal tarixini əks etdirən muzey
Tarix: 14.10.2013 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Bu il Azərbaycan İstiqlal Muzeyinin 22 yaşı tamam olub. Biz, müstəqil Azərbaycan Respublikası ilə həmyaşıdıq. Gənc, lakin güclü, qüdrətli ölkəmizlə birgə böyüyür və inkişaf edirik.
Fəaliyyətimiz 1991-ci ildə, Azərbaycan xalqının müxtəlif mərhələlərdə öz müstəqilliyi uğrunda mübarizəsini əks etdirən muzeyin yaradılması barədə qərar qəbul ediləndən başlaylb. Bu bütün ölkə və Azərbaycan xalqı üçün ən çətin dövr idi. 1988-ci ildə qonşu Ermənistanın ərazi iddiaları 20% torpaqların işğalına və 1 milyondan çox insanın öz doğma ölkəsində qaçqın və məcburi köçkün olmasına gətirib çıxardı. Təcavüz nəticəsində Azərbaycanın ərazisinə, ekologiyasına və mədəniyyətinə böyük iqtisadi və mənəvi zərbə dəyib. Bu dövrdə SSRİ-nin dağılması prosesi güclənirdi və bir çox ittifaq respublikaları müstəqilliyə can atırdı. Bu Sovet İttifaqı rəhbərliyini narahat edirdi və nəhayət Azərbaycanda 1990-cı ilin 20 Yanvar faciəsinin baş verməsinə gətirib çıxardı.

Müxtəlif millətin nümayəndələri yaşlarından asılı olmayaraq bu faciənin qurbanlarına çevrildi. Muzeydə müstəqillik gününə həsr edilmiş tədbir keçirəndə, biz qonaqlara “ Ölkəmizin müstəqilliyi nə zaman başlayıb ” sualı ilə sorğu vərəqələri payladıq və onların çoxu “1990-cı ilin 20 yanvar ” hadisələrini qeyd etdilər.
Gənc və müstəqil ölkəmizin gələcəyi məlum olmayan bu çətin və mürəkkəb dövrdə yeni bir muzey yaradıldı, “Azərbaycanın inqilabi- demokratik hərəkatı tarixinin muzeyi” kimi fəaliyyət göstərən bu muzeyin adı 1991-ci ildə İstiqlal Muzeyi adlanırdı. Sonradan biz arxivdə işləyərək bir çox maraqlı faktlar aşkar etdik.
1918-ci ildə yaranan ilk müstəqil respublika- Azərbaycan Demokratik Respublikasının yaranması ilə əlaqədar olan ilk dövlət muzeyinin adı da İstiqlal Muzeyi idi.
Təəssüf ki, həmin muzeyin eksponatları qorunub saxlanmayıb, lakin bizim muzeyi həmin ilk İstiqlal Muzeyinin varisi hesab etmək olar.
Xalqın müxtəlif mərhələlərdə öz istiqlaliyyəti uğrunda apardıqları mübarizəni əks etdirən, bu mübarizənin qəhrəmanlarını göstərən, tariximizin yeni naməlum səhifələrini açan ekspozisiyanın qurulması qərara alındı. Materiallar zərrə-zərrə yığılırdı.
Muzeyin ekspozisiyasında birinci demokratik respublika, Cənubi Azərbaycanda milli- azadlıq hərəkatları, repressiya qurbanları, İkinci Dünya müharibəsi və əlbəttə ki, Qarabağ müharibəsi qəhrəmanları və cəmiyyətimizin müasir inkişaf mərhələləri barədə müxtəlif materiallar əks olunub.
Keçən dövr ərzində muzey əməkdaşlarının gərgin səyi nəticəsində 20 000-dən artıq eksponat toplanıb. Eksponatların çoxu respublikanın dövlət arxivinin, kino-foto-sənəd arxivinin və həmçinin şəxsi arxiv materialları təşkil edir. Məsələn, Cənubi Azərbaycanda, Azərbaycan xalqının azadlıq hərəkatına həsr olunmuş muzeyin 3-cü zalındakı ekspozisiya, o dövrün iştirakçısı olan, tarixçi Lütfəli Ərdəbilinin şəxsi şəkilləri və sənədləri əsasında təşkil edilib. Bu unikal materiallar yalnız bizim muzeydə nümayiş olunur və onlar heç bir muzey və ya arxivdə yoxdur. Bunlar Cənubi Azərbaycandan gələn qonaqların böyük marağına səbəb olur.
2012-ci ildə məşhur jurnalist, “Bakinski raboçiy” qəzetinin baş redaktorunun müavini Tatyana Çaladze Respublika Prokurorluğu arxivindən muzeyə “ Məhkum olmuş Xocalı ” kitabına daxil olan materiallar verib.
Hal-hazırda üzərində muzey əməkdaşları tərəfindən iş aparılan 1500-dən çox sənədlər-protokollar, Xocalı hadisələri şahidlərinin ifadələri, istintaq sənədləri və s. təqdim edilib. Bu materialların bir qismi 22 fevral 2013-cü ildə keçirilən “Sənədlər sübut edir” sərgisində nümayiş etdirilib.
Son illər ərzində Milli qəhrəmanların, 20 Yanvar şəhidlərinin və Qarabağ müharibəsinin ailələrindən, bu hadisənin iştirakçılarından çoxlu sayda şəxsi əşyalar və sənədlər daxil olmaqdadır. Biz anlayırıq ki, bu əşyalar bu insanların qohumlarına və yaxınlarına nə qədər əzizdir və muzey eksponatlarının dəyərliliyi deyəndə, biz onların maddi yox, məhz həmin əşyaların mənəvi dəyərini nəzərdə tuturuq.
20 Yanvar hadisələri ilə barışmayaraq və etiraz əlaməti olaraq özünü qətlə yetirən 19 yaşlı Ağabəy Novruzbəylinin ölümündən qabaq məktubunu, sadə azərbaycanlı qadını tərəfindən tikilmiş və 1988-ci ilin mayın 28-də Qız qalasına sancılmış bayrağa və digər əşyalara necə qiymət qoymaq olar.
Bu il bizim muzeyə daxil olmuş bir maraqlı eksponat haqqında danışmaq istərdim. 2013-cü ilin aprelin 3-də muzeyə qeyri-adi qonaq, Türkiyə vətəndaşı, muzeyşünas Məşədi Niqmət Məmişə gəldi. O, bizə ulu babası Əhməd Əli oğluna məxsus iki kitab- “İmadul İslam” və “Dərektə Şərhi” kitablarını gətirdi. O, 1918-ci ilin sentyabrın 15-də Bakını işğaldan azad edən Nuru paşanın Qafqaz ordusu tərkibində qulluq edən türk əsgəri olub. Lakin Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra o həbs edilir və yalnız 10 ildən sonra vətəninə qayıdır. Bütün bu illər ərzində bu müqəddəs kitablar onunla olub, Türkiyəyə qayıtdıqdan sonra isə həmin kitabları doğmalarına verib. Onun övladları Bakıda Azərbaycan İstiqlal Muzeyinin olması barədə eşitdikdən sonra kitabları bizim muzeyə təqdim etdilər. Beləcə, muzeydə çox çətin bir yol keçmiş - uzaq 1918-ci ilin sentyabrın 15-i hadisələrinin dinməz şahidləri olan yeni eksponatlar peyda olub.
Muzeyin işi təkcə eksponatların toplanması, saxlanması və nümayiş etdirilməsindən ibarət deyil, İstiqlal Muzeyində il ərzində müxtəlif tədbirlər keçirilir. Onların hamısı bir-birindən fərqlənirlər. Muzey işçiləri hər dəfə qonaqlara xatırlamağı, fikrə dalmağı və nəticə çıxarmağı məcbur edən nəsə yeni bir eksponat təqdim etməyə çalışırlar. Bu bizim daim təlaşda olduğumuz bir zamanda, keçmişdə olanları unutmamaq, yol verdiyimiz səhvlərdən nəticə çıxarmaq və gələcəkdə bu cür səhvləri buraxmamaq üçün çox vacibdir.
Belə ki, məsələn, 20 Yanvar faciəsinə həsr olunmuş tədbir “Şəkillərin söhbəti ” adlanırdı. Sərgi Azərbaycan fotoqraflar birliyi ilə birgə təşkil edildi. Orada ilk dəfə olaraq faciə günü Mirnaib Həsənoğlunun, Oleq Yitvinin, Tahir Cəfərovun, Fərid Məmmədov və başqalarının şəkilləri təqdim edildi. Eyni zamanda bu hadisənin şahidi olan Rəfail Gülməmmədlinin bizə verdiyi unikal sənədlər nümayiş olundu. Bu, dəhşətli gündə şəhərin xəstəxanalarına yazılan yaralı Bakı sakinlərinin yazılarıdır. Həmin insanların bəziləri bizim tədbirdə iştirak etdilər. Onların xatirələri, o günlərin unudulmaz anları təəssürat yaratdı.
Xocalı faciəsinin 20-illiyinə həsr olunmuş tədbirdə tamaşaçıların diqqətinə ilk dəfə olaraq məşhur jurnalist Tatyana Çaladzenin bizə verdiyi sənədlər təqdim edildi və yenə faciənin şahidlərinin xatirələri səsləndirildi. Bəlli olurdu ki, faciənin ağrısı hələ də azalmayıb, eksponatlar isə bizi unutmamağa, fikrə dalmağa və təhlil etməyə məcbur edir...
Azərbaycanlıların soyqırımına həsr edilmiş tədbirə, biz məşhur tarixçi, tarix elmləri doktoru, professor Solmaz Tahidi-Rüstəmovanı dəvət etdik. O Azərbaycan xalqının soyqırımına aid bir çox işlərin müəllifidir. Keçirilən tədbirdə Solmaz xanım çox maraqlı şəkillər nümayiş etdirdi və o hadisələr barədə ətraflı məlumat verdi.
Ölkəmizin tarixinin rəşadətli səhifələrindən biri də İkinci Dünya müharibəsi dövrüdür. Bu müharibədə qələbə bizim neftimiz sayəsində qazanılıb, bizim vətəndaşlar cəbhə bölgələrində mərdcəsinə döyüşür, arxa cəbhədə isə fədakarcasına çalışırdılar. 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. Onlardan biri, bu ilin may ayının 4-də muzeyimizdə 90 illik yubileyini qeyd etdiyimiz Mehdi Nadir oğlu Quliyevdir. Muzeydə təşkil edilmiş sərgidə ilk dəfə olaraq muzeyi fondlarında saxlanılan qəhrəmanın bütün sənədləri, şəxsi əşyaları və şəkilləri nümayiş etdirildi. Tədbirdə M. Quliyevin qohumları, xidməti yoldaşları çıxış etdi və onların əsas çıxışı zamanların əlaqəsi ilə bağlı idi. Xalq heç vaxt öz qəhrəmanlarını və onların şücaətlərini unutmur. Onlar hər zaman gənclər üçün örnək olur.
Bu il həmçinin Azərbaycan xalqının ümummilli lideri H. Əliyevin 90 illiyi olmuşdu. Bizim muzeydə "Heydər Əliyev. Vətənə qayıdış" sərgisi təşkil edildi. Sərgi həm Heydər Əliyevin həyatının və həm də bütün ölkənin tarixi üçün önəmli olan dövrə həsr edildi. Bu H. Əliyevin Moskvadan Naxçıvan Respublikasına qayıtdığı "Naxçıvan dövrü" adlanan bir dövr idi. Bu dövlətimizin müstəqilliyə doğru yolunun ilk addımı idi. Biz muzeyin fondunda qorunub saxlanan unikal şəkilləri ilk dəfə olaraq öz qonaqlarımıza təqdim etdik. Onları, H. Əliyevin şəxsi fotoqrafı olan Qurbanov Aftandil Naxçıvanda çəkib.
Bizim muzey gənclərlə çox böyük işlər görür. Gənc rəssamları bizim sərgilərə və tədbirlərə dəvət etmək yaxşı bir ənənəyə çevrilib. Gənc rəssamlara pulsuz sərgi məkanı təqdim etmək çox vacibdir. Burada onlar öz işlərini nümayiş etdirə və bir-biriləri ilə ünsiyyətə girə bilirlər.
18 mayda- Beynəlxalq Muzeylər Günündə, "Yeni adlar" sərgisi keçirildi. Sərgidə bahar, məhəbbət, gözəllik və s. mövzular barədə 90-dan çox iş nümayiş olundu. Bu sərgidə həm gənc-peşəkar, həm də həvəskar rəssamlar iştirak edirdi.
Hal- hazırda biz 18 Oktyabr- Müstəqillik Gününə həsr edilmiş yeni sərgi üçün işlər yığırıq. Gənclərə müraciət edərək, biz onlardan cavab almışıq və bu möhtəşəm bayramın astanasında , yeni bir sərginin açılışı olacaq.
Bax beləcə, bizim muzey işləyir, cəmiyyətimizdə baş verən bütün vacib hadisələri əks etdirərək , bütün qəhrəmanlarını və vacib hadisələrin tarixlərini unutmayaraq, gəncləri vətənpərvər və Vətənə məhəbbət ruhunda tərbiyə edərək, bizim müstəqil respublikamızla birgə böyüyür və inkişaf edirik.
Bizim muzeyin fəaliyyəti, ölkəmizin bəzən çox faciəvi və ağır, lakin çox qüdrətli, qədim və şücaətli tarixi ilə əlaqədardır. Biz, muzey işçiləri, bu tarixi qonaqlarımıza çatdırmaq üçün əlimizdən gələni edirik.
Fəridə Şəmsi
Azərbaycan İstiqlal Muzeyinin direktoru




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb
19.10.2019
Əli Həsənov: Radikal müxalifətin ikinci oktyabr iflası
19.10.2019
Barselonada gərgin vəziyyət davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info