Jirayr Səfilyan: “Ermənistan onsuz da çoxdan rüsvay olub”
Tarix: 14.10.2013 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


“Tert.am: “Bizdə dövlətçilik yox, bütün sistemi öz maraqlarına uyğun quran klan hakimiyyəti var”

“Sardarapat” hərəkatının lideri, keçmiş Şuşa batalyonunun komandiri olmuş Jirayr Səfilyan “Tert.am” müsahibəsində ölkəsindəki ağır vəziyyəti dəyərləndirib. 65 nəfərdən ibarət qrup formalaşdırdıqlarını dilə gətirən Səfilyan ölkədə seçki yolu ilə nəyisə dəyişməyin qeyri-mümkün olduğunu bildirib:
“Artıq heç nəyi dəyişməyin mümkün olmadığı situasiyadan qaçmaq lazımdır. Qeyri-müəyyənliyin hökm sürdüyü şəraitdə hansısa tədbirlərin həyata keçirilməsi mümkün deyil. Bu vəziyyəti dəyişmək üçün alternativ hakimiyyət yaradırıq. Tam hazır olandan sonra alternativ hökuməti xalqa təqdim edəcəyik. Biz bu dəyişikliyi həyata keçirmək üçün daha 4 il gözləyə bilmərik. Çünki biz artıq əminik ki, bu ölkədə seçki yolu ilə nəyisə dəyişmək mümkün deyil. Artıq bizim gözləmək üçün nə 3, nə də 4 ilimiz var. Formalaşdırdığımız yeni qrupda diasporun da potensialından istifadə edəcəyik. Qrupun əsas hissəsini gənclər təşkil edəcək. Kadr potensialımız bir az olduğundan proses hələlik bir qədər ləng gedir. Buna baxmayaraq, əminəm ki, mübarizəmiz mütləq nəticə verəcək. Biz gənclərlə birlikdə sona qədər mübarizə aparacağıq. Aydın görünür ki, Ermənistanda dövlətçilik yox, bütün sistemi öz maraqlarına uyğun quran klan hakimiyyəti var. Bu vəziyyətə qarşı mübarizə aparmaq üçün bizim xüsusi strategiya və taktikamız var”. Jirayr Səfilyan bu yaxınlarda AŞPA-nın toplantısında Ermənistan nümayəndə heyətinin üzvü Zarui Postancanyan tərəfindən prezident Serj Səkrisyana ünvanlanan kazino məsələsinə də münasibət bildirib: “Postancanyanın AŞPA-da bizi biabır etməsi ilə bağlı fikirlər absurddur. Bizim ölkə onsuz da çoxdan rüsvay olub və bunu Zarui etməyib”.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info